GameWin

Zeynəb Bəhmənli - "Mən Səni ziyarət etməyə gəldim" şeiri
MƏN SƏNİ ZİYARƏT ETMƏYƏ GƏLDİM
Biləndə ki, sənə hər dərd əyandı,
Xəyalım Mədinə, Məkkə dolandı.
Könlümdə həsrətin odu qalandı,
Mən səni ziyarət etməyə gəldim.

Axan göz yaşımı silərsən deyə,
dərdimə bir əlac eylərsən deyə.
Tanrıdan xoş xəbər söylərsən deyə, -
Mən səni ziyarət etməyə gəldim.

Öz hökmü var günün, hər zamanın da,
Vətən dərdi, həsrət odu canımda,
Sənə sevgim – ürəyimdə, qanımda,
Mən səni ziyarət etməyə gəldim.

Xudam sığal çəkib hilal qaşına,
Dərd yağmasın dağdan uca başına,
Heç vaxt acı qatılmasın aşına,
Mən səni ziyarət etməyə gəldim.

Sözləri: Zeynəb Bəhmənlinin,
Musiqisi: Vüqar Camalzadənin
Yazan: admin Baxış: 813 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0