GameWin

ƏSRİN MÖCÜZƏSİ
ƏSRİN MÖCÜZƏSİ
Tibb elminin ən uca zirvələrini fəth edərək uğurlu tibbi nailiyyətləri ilə bütün dünyaya səs salmış, Amerika Birləşmiş Ştatlarının görkəmli alimləri «Rentgen-qadın» adlandırılan həmyerlimiz Zərifə xanımı «Əsrin möcüzəsi» hesab ediblər.
Həyatda çox möcüzələr mövcuddur. Milyon-milyon kilometrlərlə sonsuz ənginliklərə ucalan səma, kainatı öz tükənməz nuruna qərq edən Günəş, çox-çox uzaqlarda yerləşən və sayı heç kimə məlum olmayan ulduzlar, planetlərin öz oxu və Günəş ətrafında fırlanması möcüzədir.
Yer üzündə bütün canlıların yaranması, quru ağacın göyərməsi, çiçəkləməsi və bar verməsi də möcüzədir. Lakin gözümüz öyrəşdiyi üçün bunlar adi möcüzədir.
Zərifə xanımın möcüzəsi isə tamamilə qeyri-adi möcüzədir.
Zərifə xanımın bu qeyri-zadi bacarığı Amerikada, Almaniyada, İranda, Türkiyədə, Ərəbistanda, Rumıniyada və b. ölkələrdə mütəxəssislər tərəfindən dərindən təhlil edilmiş və ona diplomlar təqdim olunmuşdur.

«İki sahil» qəzeti
6 noyabr 1999-cu il
Yazan: admin Baxış: 707 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0