GameWin

«FRAU-RENTGEN» FENOMENİ BAKIDA YAŞAYIR
«FRAU-RENTGEN» FENOMENİ BAKIDA YAŞAYIR
Zərifə Nəbiyeva 9 yaşında ikən 12 günlük letar-gik yuxuya getmiş və ayılandan sonra onda qeyri–adi qabiliyyətlər aşkar edilmişdir. Zərifə xanım artıq neçə ildir ki, qaranlıqda rentgen kimi insanların daxili orqanlarını görür və onun diaqnozunun dəqiqliyi yeni-yeni tibb avadanlıqlarının qoyduğu diaqnozun dəqiqliyindən geri qalmır.
Azərbaycanda öz qabiliyyətini xalqının rifahı üçün göstərmək imkanı tapmadığından xaricə — Almaniyaya getməyə məcbur olmuşdur. Almaniyada iki imtahan verdikdən sonra xəstələri qəbul etmək və müalicə işi aparmaq üçün icazə almışdır. Zərifə xanıma işləmək üçün bütün şərait yaradılmışdır. Xüsusi iş yeri təyin edilmiş, cangüdən və vəkil tutulmuş və s.  müəyyən müddət o, müxtəlif ölkələr- dən — ABŞ, İran, BƏƏ və b.  ölkələrdən xəstələr qəbul etmişdir.
İndi isə Zərifə xanım öz ölkəsi Azərbaycanda da işləmək imkanı qazanmışdır. Onun müalicəsi dərmansız və yalnız ona məlum metodlarla aparılır.

«Sağlam olun» qəzeti, № 11
25.12.1999-cu il
Yazan: admin Baxış: 673 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0