GameWin

SEHRLİ ZƏRİFƏ
SEHRLİ ZƏRİFƏ
Avtomobil qəzasına düşmüşdüm. Müayinə zamanı məlum oldu ki, sağ böyrəyimdə kiçiyi 2 mm, böyüyü 1,5 sm 4 daş var. Sol böyrəyimdə isə kristallaşma və iltihabi proses gedir. Respublika xəstəxanasının urologiya və nevrologiya şöbələrində müalicə etdim. Uroloci şöbədə qərara gəldilər ki, mütləq cərrahiyyə əməliyyatı aparılmalıdır. Tərəddüd edirdim. Xəstəxanada həkim nəzarəti altında idim. Qəzetlərə baxırdım. «Müsavat» qəzetində Zərifə xanım barədə oxudum. Tərəddüd etmədən bura gəldim.Zərifə xanım məni müayinə etdi və dedi ki, səni cərrah bıçağından qurtaracağam. 10 gündən sonra gedib xəstəxanada yoxlandım. Soruşdular ki, sənin daşların hanı?!
Bu sözlər Yaqubov Sabir Ağakişi oğlunun sözləridir. Şəfa tapmış bu insanın sevincini nə yer, nə göy tutmurdu. Zərifə xanımın otağına girib öz minnətdarlığını bildirdi və çox şən əhval-ruhiyyə ilə evlərinə getdi.

«Azərbaycanın səsi» qəzeti 
yanvar 2000-ci il
Yazan: admin Baxış: 540 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0