GameWin

BUNU ALLAH VERGİSİ HESAB EDİRƏM
BUNU ALLAH VERGİSİ HESAB EDİRƏM
Zərifə Nəbiyeva Kəlbəcər rayonunun Kilsə kəndində doğulub. 9 yaşında özündə qeyri-adi qüvvə hiss etməyə başlayıb. Bir neçə dəfə letargiya yuxusuna gedib.
Zərifə xanımın dediklərindən: 
—Bunu mən hələ uşaq olarkən duymuşam, lakin əhəmiyyət vermir, ondan necə istifadə etməyi bacarmırdım. Günlərlə yemirdim, içmirdim. Sonra insan orqanizmində nələr baş verdiyini «görməyə» başladım.
Bir «səs» mənə deyirdi ki, mən bu və ya digər xəstəni necə sağalda bilərəm. Mən adama baxanda onun daxilindəki patoloci dəyişiklikləri, böyrəklərindəki daşları, hətta cərrahiyyə əməliyyatlarından sonrakı daxili tikişləri belə görürəm.
—Demək sizə ekstrasens demək olar.
—Yox… mən bunu ancaq Allah vergisi hesab edirəm. Deyilənə görə babama da bu cür vergi verilibmiş.
Zərifə xanım hamilə qadınların gələcəkdə dünyaya gətirəcəyi körpənin oğlan və ya qız olacağını da əvvəlcədən təyin edir. Ağır formalı xərçəng, şəkərli diabeti olan xəstələri  qəbul etmir.
Təxminən bir ayda 600 xəstəyə şəfa bəxş edir.
Əlsiz-ayaqsızlara, kimsəsizlərə, qaçqın və şəhid balalarına əl tutur.
Zərifə xanım təvazökarlıq edib deməsə də, onun xeyriyyəçilik fəaliyyəti hamıya məlumdur. Zərifə xanımın özü kimi biz də onun etdiyini sadalamaq istəmirik. Təkcə onu demək istəyirik ki, Zərifə xanım 1995-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin təsis etdiyi H.Z.Tağıyev adına «Xeyriyyəçilik və yardıma görə» diplomuna layiq görülüb.

«Səs» qəzeti, 12 oktyabr 1996-cı il
Yazan: admin Baxış: 658 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0