» » » O, NƏ CADUGƏRDİR, NƏ DƏ EKSTRASENS

O, NƏ CADUGƏRDİR, NƏ DƏ EKSTRASENS

Категория: Azerbaycan / Dövrimətbuatda
O, NƏ CADUGƏRDİR, NƏ DƏ EKSTRASENS
Allahın rüsxəti ilə insanlara şəfa verir. Şəhərimizdən, eyni zamanda ayrı-ayrı rayonlarımızdan hər gün buraya çoxlu xəstə gəlir. Həkimdən, dəva-dərmandan, hətta yaşamaqdan əli üzülənlər bu müqəddəs ocağa üz tuturlar.  Qapıda Zərifə xanımın iş günləri barədə məlumatla tanış oldum.
Üzündən nur tökülən bu qadın böyük ürək sahibidir. 42 qaçqın ailəsinə himayədarlıq edir. İmkansız xəstələri təmənnasız sağaldır.
Kəlbəcər rayon icra hakimiyyətinin başçısının ona ünvanladığı məktubda oxuyuruq:
«Sizin əllərinizdə Kəlbəcərin min bir çiçəyinin məlhəm gücü, İstisuyun şəfa möcüzəsi cəmlənir. Siz bu  gün loğman Kəlbəcərimizi öz qeyri-adi, qüdrətli əllərinizlə yaşadırsınız. Biz sizinlə fəxr edirik. Müqəddəs imam övladı, seyid nəsli kimi səxavətinizlə, mərhəmətinizlə minlərlə kasıb-kusubun hörmətini, məhəbbətini qazanmısınız. Siz Allahın müqəddəs bəndəsi səviyyəsinə qalxmısınız».
Təəssüf ki, indiyə qədər diqqətdən, qayğıdan kənarda qalan bu qadına xəstələri müalicə etmək üçün heç bir şərait yaradılmır,müvafiq orqanlar nədənsə susmağı üstün tuturlar.
Zərifə xanım isə nikbin adamdır. Söhbətlərimizin sonunda belə dedi: «Mən nə cadugərəm, nə də ekstrasens. Allahın rüsxətilə şəfa verirəm. Xe-    yirxahlıq mənim ömür yolumdur» .

«Maarifçi», 08.01.1997-ci il
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.