GameWin

ÜMİD QAPISI
ÜMİD QAPISI
Onun möcüzəyəbənzər şəfa vermək qabiliyyəti      haqda ilk dəfə Gəncədə eşitdim. Və təbii ki, məndə onunla görüşüb, söhbət etmək marağı yarandı.
Bir səhər saat 9-da Zərifə Nəbiyevanın Gəncə dəmir yolu vağzalının yaxınlığında yaşadığı evin qabağına çatanda burada 30 nəfərə kimi müxtəlif yaşlı adamın yığışdığını gördük. Onlar növbə gözləyirdi. Maraq üçün onları sorğu-suala tutdum. Əlləri hər yerdən üzülən bu adamlar Zərifə xanımın yanına böyük ümidlə, inamla pənah gətirmişdilər.
Zərifə kimdir? 33 yaşlı bu gənc qadın Kəlbəcərin Soyuqbulaq Kilsə kəndində dünyaya göz açıb. Dördüncü sinif təhsili var. Ailəlidir. İki övladı var. 90 yaşlı bir qadının dediyinə görə onun babası Seyid Misginin ağır nəfəsi olub. Ocağında maral,ceyran,cüyür yatarmış. Qapısına zəncirlə gələn deyə-gülə qayıdarmış. Görünür Allah-taala babasının nəfəsini, sehrini, gücünü onun 35 nəvəsindən biri olan Zərifəyə qismət edib.
Bu qapıya gələnlər heç vaxt naümid qayıtmayıblar. Onun heç bir dava-dərman qəbul etmədən zəif gözlərə işıq verməsi, böyrəkdəki daşın əriməsi, kar qulaqların, lal dillərin açılması, fibroma-kistaların yox edilməsi, bəzi kiçik şişlərin əriməsi və s. möcüzəyəbənzər bir həqiqətdir.
Verdiyi diaqnozun düzgünlüyünü görəndə adamların əhval-ruhiyyəsinin necə dəyişdiyini, üzlərində bir təbəssüm yarandığını gördüm. 
Zərifə bacı, qoy sizin də üzünüzdən heç zaman təbəssüm əskik olmasın!

«Tale» qəzeti, 27.11.1994
Yazan: admin Baxış: 635 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0