» » » «RENTGEN MÖCÜZƏSİ» VƏ YAXUD ZƏRİFƏ FENOMENİ

«RENTGEN MÖCÜZƏSİ» VƏ YAXUD ZƏRİFƏ FENOMENİ

Категория: Azerbaycan / Dövrimətbuatda
«RENTGEN MÖCÜZƏSİ» VƏ YAXUD ZƏRİFƏ FENOMENİ
Şükür Allaha, hər gün bir yeni söz, təzə xəbər eşitməyə alışmışıq. Əsrin sonunda, «naməlumluqlar axını» bizi o qədər əhatə edib ki, daha görüb eşitdiklərimizə də biganə yanaşırıq. Amma, bəzən bu biganəliklər içində bizi heyrətimizə kökləyən xəbərlərə etinasız yanaşmaq olmur.
Beləliklə, qabiliyyətilə rentgen aparatını köl-gədə  qoyan Zərifə Mayılova.
Qeyri-adi qabiliyyətli insanlar həmiişə olub və həmişə də onları ikili münasibət müşayiət edib. Bu,ola bilsin ki, o insanların qabiliyyətlərinin izahının mümkün olmaması ilə bağlıdır. Zərifə xanım da bu mənada istisna deyil. Onu fenomen edən bacarığı isə bundan ibarətdir. Heç bir vəsaiti olmadan, cəmi bir neçə dəqiqə ərzində diaqnoz qoyur və müalicəyə başlayır. 54 adda xəstəliyi müalicə edir.
Bu gün «Frau-rentgen», «Rentgen-qadın» adlandırılan Zərifə Mayılovanın bu bacarığının sirri nədədir? Hələ ki, bu sual cavabsızdır. Maraqlı burasıdır ki, onun qəbuluna gələn xəstələrin əksəriyyəti həkimdir.
XVI əsrdən qorunub saxlanılan şəcərə  sənədi Zərifə xanımın VII imam Museyi-Kazımın (ə) nəslindən olduğunu göstərir.
Uğurlarını, bacarığını Allahın adı ilə bağla-yan Zərifə xanım beynəlxalq  sertifikat almaq üçün növbəti «imtahan»a hazırlaşır.
Amma o, minlərlə xəstənin imtahanından çoxdan çıxmışdır.

«Şəfəq» qəzeti,
26 fevral 2000-ci il
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.