GameWin

«RENTGEN-QADIN» MÖCÜZƏLƏR YARADIR
«RENTGEN-QADIN» MÖCÜZƏLƏR YARADIR
…Dünyada bütün möcüzələrin hamısı yalnız Allahın iradəsi ilə baş verir. Odur ki, bu möcüzə də mənə yox,Yaradanıma məxsusdur. Axı,mən nə edirəmsə yalnız Allahın Rüsxəti ilə edə bilərəm. Necə izah edim ki,… Siz mənim ürəyimdə olanlardan xəbərdar olsaydınız… Hər şeyi olduğu kimi demək olmur.
Bu  sözləri Zərifə xanımla görüşəndə dedi. O, çox mətləblərə toxunmaq istəməsə də xeyli mətləblərə aydınlıq gətirdi. Hətta ucqar kəndlərimizdən yol pulu tapıb Bakıya gəlməyə imkanları olmayan neçə-neçə biçarə insanlara yenidən həyat bəxş etmişdir. Onun qarşısında ciblərini güdən bədxahlar heç zaman maneə ola bilməzlər. Və bir də nəzərdən qaçırmayaq ki, Zərifə xanım yeganə adamdır ki, bütün Azərbaycan elmi ictimaiyyətinin diqqət mərkəzində olub, onların təəccübünə səbəb olub. Şəfasını öz bədənlərində hiss etmiş yüzlərlə xəstə belə deyir.
Biz əlavə şərh vermədən gözlərimizlə gördüklərimizə, Zərifə xanımın əllərindən şəfa tapmış neçə-neçə adamların təşəkkürlərinə və bir də ki, tanınmış elm adamlarımızın onun haqqında elmi yozumlarına istinad edərək çıxış etdik.
«Rentgen-qadın» Zərifə xanımla görüşmək arzunuz olsa, görüşün. Onda daha da çox şey qarşınıza  çıxacaq və sizə tam aydınlıq gətirəcək.
Zərifə xanım, şəfalı əliniz var olsun!

«Sirli dünya»
16.12.1998-ci il
Yazan: admin Baxış: 726 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0