» » » MÖCÜZƏLİ HİKMƏT, MÜƏMMALI HƏQİQƏT

MÖCÜZƏLİ HİKMƏT, MÜƏMMALI HƏQİQƏT

Категория: Azerbaycan / Dövrimətbuatda
MÖCÜZƏLİ HİKMƏT, MÜƏMMALI HƏQİQƏT
İnsan sirli, müəmmalı bir həyat olmaqla yanaşı, həm də planetimizin yeganə ali varlığıdır. Bu ali varlığın sirli və pünhan bir dünyası var. Bu pünhan dünyanın müəmmalı dünyasını insan dərk etməyəndə, yaxud qeyri-adi bir şey müşahidə edəndə sakitcə «möcüzədir» deyərək kifayətlənirlər. Çünki bu möcüzələrin mahiyyətinə vara bilmirlər, ya da dərk edə bilmirlər. Beləliklə, insan nə dünyasını, nə də onun ətrafındakı dəyişiklikləri görmədiyindən müəmmalı qalır.
Sirli dünyamızın möcüzəli həqiqəti olan Zərifə xanım mahiyyəti Tanrıdan və özündən başqa heç kimə məlum olmayan sirli baxışı və şəfalı əlləri, xeyirxah əməllərilə yorulmadan insanlığa, Tanrısına sevə-sevə xidmət edir.
Zərifə xanımın fəaliyyəti və insanlara şəfa verməsi həm də Allahın insanlara olan məhəbbətinin təzahürüdür. Zərifə fenomeni bəşəri  əzəmətin və ilahi şəfqətin mücəssəməsidir. Allahın ən əziz və müqəddəs, saf bəndəsi, qədirbilən insanların isə sevimli dostudur və şəfa pərisidir.
Dünyada bənzəri, analoqu olmayan Zərifə xanımın möcüzələri məhz elə Allahın öz sirridir.
Zərifənin fəaliyyəti və qabiliyyəti ilahi qanunauyğunluqdur.
İlahi vergili Zərifə xanımın müqəddəs ocağı həm də inam mənbəyidir. İnam saflığının özəyidir. Bu ocağa gələnlər mənəvi cəhətdən də saflaşır.
Kəlbəcərin əzəmətli dağları kimi əzəmətli görünən bu ilahi vergili müqəddəs insan, həm də Azərbaycan Ziyalılar Cəmiyyətinin fəxri üzvüdür.

«Zəngəzur» qəzeti
25.X.2000-ci il
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.