GameWin

XX ƏSRİN XEYİRXAH VƏ FƏXRİ ZİYALISI
XX ƏSRİN XEYİRXAH VƏ FƏXRİ ZİYALISI
Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin fəxri ziyalısı, XX əsrin yeganə xilaskarı, xeyirxah şəxsiyyət, xalqına təmənnasız xidmət edən, tibb elminin güzgüsü, gözə-görünməz xəstəliklərin rentgenoloq möcüzəçisi, insanlara şəfa verən bir xilaskar haqqında söhbət açmaq istəyirəm. Bu, Allahın qarşısında hər gün hüzuruna gələnlərin sayı-hesabı olmayan, ilahi ver-gili Zərifə Yaqub qızı Nəbiyeva adlı sadə bir müsəlman qadınıdır.
Zərifə xanım çox zərif qəlbə malik Allah ver-gili bir insandır. Qadın olduqca şərəfli bir addır. Qadının əməlləri onu daim ucaldır. Zərifə xanım zümrüd baxışları ilə seçilir. Bu baxışlarda çox böyük və incə bir təbiilik vardır. Xəstənin öz dərdini gizlətməsi isə bu incə baxışları sərtləşdirir.
Zərifə xanımın gözləri önündə qaranlıq otaq işıqlı görünür.
Bir məlakə sifətli Allah elçisinin başına yığışar onun yanına gələnlər. Dost, ana-bacı qapısıdır onun qapısı. Heç bir dərmansız-dəvasız xəstəliyi təyin edib, müalicəsini edir.
Gəlin hamılıqla millətimizin dayağı olan belə övladları qoruyaq. Qoruyaq, çünki o, dar gündə əlimizdən tutan, təmənnasız yardımını əsirgəməyən yeganə Allah elçisidir.
Biz qorumasaq da onu Allah qoruyacaq bizlər üçün!

«Ziyalı» qəzeti
25-31 may
Yazan: admin Baxış: 670 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0