GameWin

ZƏRİFƏ XANIMIN MÖCÜZƏLƏRİ
ZƏRİFƏ XANIMIN MÖCÜZƏLƏRİ
Ömrümün elə bir çağındayam ki, indi məni hər hansı bir yeniliklə təəccübləndirmək çətindir. Zərifə xanım məni nəinki təəccübləndirdi, həm də heyrətləndirdi.
Mənim uzun müddət xəstəliyimlə əlaqədar tanınmış təbiblərin illər uzunu edə bilmədiyini adi bir azərbaycanlı qadın iki-üç müalicə seansı ilə etdi.
Sağ böyrəyimdəki üç mərcanvari daşa heç bir müalicə kursu təsir etmirdi. Adlı-sanlı uroloqlar çıxış yolunu yalnız cərrah müdaxiləsində görürdülər. Müasir tibb elminin imkan verdiyi bütün səviyyələrdə müalicə kursu alsam da vəziyyət dəyişmirdi. Üstəlik oktyabrın əvvəllərində sol böyrəyimdə də kəskin ağrılar başlandı və məlum oldu ki, orada da daş var. Qohumlarımdan biri Tanrı vergili se-yid Zərifə xanım Nəbiyevanın qeyri-adi istedadından xəbər verdi. Məni keçən il çapdan çıxmış «Zərifənin möcüzələri» kitabı ilə tanış etdi. Bu xanıma məndə inam yarandı.
Ertəsi gün mən də Zərifə xanımın qəbuluna gələnlərin arasında idim. Onun rəftarındakı sadəlik və səmimilik, yumşaq və sərrast danışığı diqqətimi çox cəlb etdi. Aparatların göstərdiyi daşları adi gözlərilə gördü, sehrli barmaqları ilə duydu. Sadalayıb qurtaran kimi də məni üzüntülü intizardan qurtardı: «Darıxmayın, Allahın köməyi ilə hamısını ovub bədəninizdən çıxaracağam».
Bu belə də oldu, heç bir ağrı hiss etmədən daşlar tökülmüşdü. Zərifə xanım Tanrı qüdrətindən müalicə hüququ almış nadir şəxsdir. Bu böyük həqiqəti danmaq özü günahdır.
Belə Allah vergili həmvətənimiz üçün xüsusi şərait yaradılsaydı, çox yaxşı olardı. Qoy ona şübhə ilə yanaşmaq iddiasında olan səlahiyyətli şəxslər zəhmət çəkib bircə dəfə onu öz gözləriylə müşahidə etsinlər.
Sevinən isə ilk növbədə şəfa tapan xəstələr və onların ailələri olacaq.

«Azərbaycan qadını» № 7-12
1996-cı il
Yazan: admin Baxış: 711 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0