GameWin

«RENTGEN-QADIN»
«RENTGEN-QADIN»
Azərbaycanda çoxlarının tanıdığı vergi sahiblərindən olan Zərifə Nəbiyeva haqda oxuculara məlumat vermək istəyirik. Bu günlərdə o, Almaniyadan qayıdıb. Xarici ölkədə olduğu 7 ay ərzində bu xanımın qeyri-adi qabiliyyəti araşdırılıb. Onun bacarığı hər kəsi heyran qoyub. Müəyyən olunub ki, Zərifə xanım «USM» aparatının və müasir tibb elminin nailiyyətlərindən hesab olunan diaqnostik aparatların tədqiq edə bilmədiyi xəstəlikləri öz adi gözlərilə qaranlıq şəraitdə görə bilir.
Onun bu bacarığı  ilk dəfə olaraq dövlət səviyyəsində imtahan edilmiş və alman tibb mütəxəssislərinin heyrətinə səbəb olmuşdur. Xarici alimlər azərbaycanlı xanıma «Rentgen-qadın» diplomu vermişlər. Qeyd edək ki, o, belə bir diplomu Azərbaycanda da  Ədliyyə və Xarici İşlər Nazirliklərinin  təsdiqi ilə alıb. İndi Zərifə xanımın Almaniya dövlətində III dünya miqyaslı imtahan gözləyir ki, bundan sonra ona dünya səviyyəsində şəfaverici statusu verilməlidir.
Zərifə Nəbiyeva Kəlbəcər rayonunun Soyuqbulaq Kilsə kəndində anadan olub. İbtidai təhsili vardır. Özü seyid nəslindəndir. Onun babasını da el arasında «ağır nəfəs» adam kimi tanıyıblar.
Zərifə xanım qaranlıq otaqda xəstəni gözünün rentgenindən keçirib dəqiq diaqnozunu qoyur. Xəstənin müalicəsini öz üzərinə götürür və az bir müddətdə iynəsiz, dərmansız müalicə edir. Ancaq o, infeksiyalı xəstələri, insulin qəbul edənləri və hamilə qadınları qəbul etmir. Özü deyir ki, hamilə qadınların bədəninin hansı yerinə əlim dəysə, ana bətnindəki körpənin bədəninə əlimin izi düşür. Uşaq dünyaya gələndən sonra isə həmin yerə tük gəlir.
Zərifə xanıma pənah aparanlar böyük Yaradana arxalanırlar.

«Şərq» qəzeti
Yazan: admin Baxış: 844 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0