GameWin

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏLƏRİ
ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏLƏRİ
Əsli bizim Kərbəlamız saydığımız, indi isə düşmən əlində əsir Kəlbəcərdən olan, öz şəfa möcüzələrinin sayəsində şöhrətlənən Zərifə Nəbiyevanı artıq bütün Azərbaycanda, hətta respublikamızın hüdudlarından kənarda da yaxşı tanıyırlar.
Şəfa möcüzələri yaradan Allah vergili bu üləmanın qapısının ağzı boşalmaq bilmir. Azərbaycanlılarla yanaşı rus da, gürcü də,  tatar da, yəhudi də bu şəfa ocağına pənah gətirir.
Çarəsiz xəstəlikləri öz nəfəsi, baxışı, tüpürcəyi, əllərinin hərarəti, hissi, məharəti ilə sağaldan bu qadının hər bir hərəkəti sanki möcüzədir.
Zərifə xanım bir gün ərzində hər ailədən bir nəfəri, o cümlədən hər xəstənin bir xəstəliyini müalicə etməklə xəstələri üç-üç, beş-beş qəbul edir. Onun müalicə əməliyyatı işığı söndürməklə başlayır. Əvvəlcə üç,beş saniyə rentgen şüasından da güclü şüalı zərgər gözləri ilə xəstəyə diqqət yetirir və diaqnozunu təyin edir. Müalicəsini yerindəcə aparır. Onun müalicəsi üç,beş dəqiqə, ağır xəstələri olanda isə 8,9 dəqiqə çəkir. Xəstələrin tamam sağalmasına zəmanət verir.
Zərifə xanım on iki İmam və on dörd Məsumə, «Pənc-Ələba» və «Seyyidi-şüəda» paklıqlarına malik olan bir məlakədir. Ona böyük və qadir Allah tərəfindən rüsxət verilmişdir. İbtidai təhsilli Zərifə xanım  alimləri, cərrahları, ən savadlı natiqləri belə susdura bilir.
Zərifə xanımın möcüzələrinin öz elmi əsası var. Lakin bu, hələlik hamıya aydın deyil.

«Şəhriyar» qəzeti
Yazan: admin Baxış: 687 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0