GameWin

ADİ HƏYATIN QEYRİ-ADİLİKLƏRİ
ADİ HƏYATIN QEYRİ-ADİLİKLƏRİ
Hansı peşəyə yiyələnməkdən asılı olmayaraq, insana həmin peşənin «vergi»si də lazımdır. Uca Tanrı tərəfindən verilən vergi.
Çox adam müğənni ola bilər, amma ilahidən xüsusi səs vergisi verilmiş  «bülbül kimi oxuyan Bülbül» ola bilməz. Komik aktyor olmağı hamı arzulaya bilər, amma dahi Çarli Çaplini əvəz edə bilməz. Nəhayət,çalışıb alim olmaq asandır, amma… məncə Eynşteyn dünyaya bircə dəfə gəlib.
İlahi vergili nadir insanlardan biri də Zərifə xanımdır. Onu respublikada kifayət qədər tanıyırlar. Orqanizmin daxili quruluşunu «USM» aparatlarından da dəqiq görməsi, xəstələri qaranlıq otaqda ön və arxa tərəfdən bir neçə saniyə ərzində gözləriylə müayinə edib, nədən əziyyət çəkdiyini aydınlaşdırması ancaq Allah vergisidir. Müasir tibb elminin çətinliklə öhdəsindən gəldiyi müxtəlif xəstəliklərin cəmisi üç seansa sağalması ilahidən gələn vergi deyilmi?
Öncə görməsi və hadisələri qabaqcadan duyması  ilə Zərifə xanım həmişə bacı-qardaşlarından seçilib. 5 yaşında bacısıgildə İstisuda olarkən 5-ci mərtəbənin eyvanından yerə düşüb. Qorxuya düşən  yaxınlarının «səni kim itələdi?» sualına heç yeri əzilməyən, sağ-salamat qalan qız «heç kim, məhəccərə bir quş qonmuşdu, mən də qanadlarından tutub yavaşca düşdüm yerə» demişdi. Onun həyatına aid qeyri-adi hadisələrin hamısı  Allahın dərkolunmaz, açılmayan sirlərindəndir.
Bütün xəstəlikləri tam müalicə edən Zərifə xanımın Tanrıdan gələn sirlərindən biri də ona üz tutan xəstələrin İlahiyə inamının faizini deməsidir. Zərifə xanımın şəfaverici əllərinə inanmayan və «eh, indi o qədər ekstrasens, görücü meydana çıxıb ki,..» deyən bir xəstəyə Zərifə xanım elə ilk görüşdə «Sən mənə inanmırsan, amma mən səni müalicə edəcəyəm» söyləyir. Zərifə xanımın ilkin müayinədən sonrakı diaqnozunun həkimlərin qoyduğu diaqnozla eyniliyini görən xəstəni heyrət bürüyür. Zərifə xanımınsa həmin xəstəni həkimlərdən bircə fərqi var. Cəmi üç seansa xəstə sağalır.
Zərifə Nəbiyevanın qeyri-adi qabiliyyətindən heyrətə gələn alman alimləri ona «Frau-rentgen» adı vermişlər. Zərifə xanım Qərb alimlərinə iki dəfə dövlət səviyyəsində imtahan verəndən sonra Azərbaycana dönüb. O, yenidən, üçüncü dünya miqyaslı imtahan vermək üçün yenidən Almaniyaya dönəcək və ona beynəlxalq səviyyədə fəaliyyət göstərmək üçün «şəfaverici» statusu veriləcəkdir.
Vətəndə olduğu müddətdə arasıkəsilmədən hər gün yüzlərlə adamı qəbul edib, şəfa verən Zərifə xanım xeyriyyəçi kimi  respublikanın maddi cəhətdən imkansız təbəqəsinə, şəhid və qaçqın ailələrinə təmənnasız kömək edir. O, Mətbuat və İnformasiya Nazirliyinin H.Z.Tağıyev adına «Xeyriyyəçilik və yardıma görə» diplomuna layiq görülüb. Zərifə xanım Azərbaycan Ziyalılar Cəmiyyətinin diplomu ilə «Fəxri ziyalı» adını alıb.
Bu, Zərifə xanıma verilən rəsmi qiymətdir. Qısa müddətdə adamlara şəfa verən «rentgen-qadın»a ünvanlanan minnətdarlıq kəlmələri isə saysız-hesabsızdır. Zərifə xanıma ən böyük qiyməti isə hamımızı yaradan Tanrının özü verib. Xüsusi qabiliyyət sahibi etməklə…
Sonda heç kimə xəstəlik arzulamasaq da, ondan uzaq olmağın mümkünsüzlüyünü də nəzərə alıb Zərifə xanımın ünvanını xatırladırıq.
Tofiq Abbasov küçəsi, 24, mən. 7.
Bu sətirləri oxuyan hər kəsə sağlamlıq ümidilə

«Faktor»  № 6, 4-14 iyul 2000-ci il
Yazan: admin Baxış: 775 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0