GameWin

ÜMİD QAPISI
Onun möcüzəyəbənzər şəfa vermək qabiliyyəti haqda ilk dəfə Gəncədə eşitdim. Və təbii ki, məndə onunla görüşüb,söhbət etmək marağı yarandı.
Bir səhər saat 9-da Zərifə Mayılovanın Gəncə dəmir yolu vağzalının yaxınlığında yaşadığı evin qabağına çatanda burada 30 nəfərə kimi müxtəlif yaşlı adamın yığışdığını gördüm. Onlar növbə gözləyirdi. Maraq üçün onları sorğu-suala tutdum. Əlləri hər yerdən üzülən bu insanlar Zərifə xanımın yanına böyük ümidlə, inamla pənah gətirmişdilər.
Zərifə kimdir? Gənc qadın Kəlbəcərin Kilsə kəndində dünyaya göz açıb. Dördüncü sinif təhsili var. Ailəlidir. İki övladı var. 90 yaşlı bir qadının dediyinə görə, onun babası Seyid Misginin ağır nəfəsi olub. Ocağında maral, ceyran, cüyür yatarmış. Qapısına zəncirlə gələn deyə-gülə qayıdırmış. Görünür Allah-Təala babasının nəfəsini, sehrini, gücünü onun 35 nəvəsindən biri olan Zərifəyə qismət edib.
Bu qapıya gələnlər heç vaxt naümid qayıtmayıblar. Onun heç bir dava-dərman qəbul etmədən zəif gözlərə işıq verməsi, böyrəkdəki daşı əritməsi, kar qulaqları, lal dilləri açması, fibroma-kistaları yox etməsi, bəzi kiçik şişləri əriməsi və s. möcüzəyəbənzər bir həqiqətdir.
Verdiyi diaqnozun düzgünlüyünü görəndə insanların əhval-ruhiyyəsinin neçə dəyişdiyini, üzlərində bir təbəssüm yarandığını gördüm.
Zərifə bacı, qoy sizin də üzünüzdən heç zaman təbəssüm əskik olmasın!

S. Ağayev
"Tale qəzeti", 27. 11. 1994
Yazan: admin Baxış: 624 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0