GameWin

TANRI ONU AZƏRBAYCANIMIZA ÇOX GÖRMƏSİN
Bu gün elə xəstəliklər var ki, tibb elmi onlarla mübarizədə çətinlik çəkir. Həmin xəstəliklərin sırasında şiş xəstəlikləri ilkin yerlərdən birini tutur. Bu patoloqiyaların sayı bütün dünyada olduğu kimi danılmazdır ki, Azərbaycanda da artır. Bu xəstəlikdən əziyyət çəkən bir həmkarımı Zərifə xanım sağaltdığı üçün onun haqqında həm eşitmişdim, həm də ki, mətbuat səhifələrində oxumuşdum.
Bir gün Tovuzda yaşayan baldızım qızının onkoloji xəstəxanaya göndərişlə gəldiyini söylədilər. Onlar bizə axşam radələrində gəldilər. Xəstəxanada analizləri verilmiş, müayinlərdən keçmişdilər. Səhər isə xəstəxanaya getməli, cərrahi əməliyyat olunmalı idi. Səhərə kimi yatmadıq-gəlini sakitləşdirmək olmurdu. Səhərə kimi ona Zərifə xanım onun sağaltdığı rəfiqəm haqqında danışdım və qərar verdik ki, səhər tezdən Zərifə xanımın ünvanına üz tutduq. Saat 8-də rəfiqəm Almaz xanıma zəng vurdum, ona əhvalatı danışdım, bizi Zərifə xanımın yanına aparmağını xahiş etdim. O, məmnuniyyətlə bu çox böyük bir savabıdır deyərək razılaşdı. Beləliklə, biz görüşdük və Zərifə xanımın möcüzəli ocağına gəldik. Bir saata kimi növbədə durduq və qəbula düşdük. Rentgen edən kimi döşdə şiş olduğunu söylədi. Hətta dünən uzidən keçdiyini söylədi. İlk öncə gəlinin depresiyada olduğunu söyləyərək, onu dipresiyadan çıxarmaq üçün stolunu üzərində olan stəkandakı suya nəfəsini verərək, onun üzərinə çilədi. Sanki gəlin yatmışdı, yuxudan ayıldı. Zərifə xanım:”göydə allah yerdə mələklərim kömək olsun” deyə müalicənin gününü təyin etdi. Üç gün müalicə olundu şiş demək olar ki, balacalaşaraq fındıq kimi olmuşdu. O, düz bir ayın tamamında sizi gözləyirəm, dedi. O xırda fındıq da bir neçə günə sovrulacaq deyə gülər üzlə bizi yola saldı. Bir aydan sonra biz təkrar Zərifə xanımın nurlu simasını gördük, gəlini rentgen edərək tam sağaldığını söylədi.
Tanrı onu Azərbaycanımıza çox görməsin.

Sevinc Çinarlı,
"Lider Azərbaycan”, qəzetinin redaktoru
Yazan: admin Baxış: 600 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0