GameWin

DÖVRÜMÜZÜN MÖCÜZƏSİ
DÖVRÜMÜZÜN MÖCÜZƏSİ
Bu günlərdə təsadüf etdiyim möcüzəli bir hadisəni ictimaiyyət üçün də əhəmiyyətli olacağını yəqin edərək «Yeni zaman» qəzetinə müraciət etdim.
Bir neçə aydır ki, ixtisasca göz həkimi olan həyat yoldaşım İzabella xanım sol böyrəyində peyda olan xəstəliyin müalicəsini davam etdirir. Müalicənin nəticəsini yoxlamaq üçün böyrək xəstəlikləri institutundakı «USM» aparatına müraciət etdik. Aparatın  verdiyi məlumat bizi sarsıtdı: «böyrək çürü-yüb». Professorlar sol böyrəyin kəsilməsi üçün təcili tədbir gördülər.
Biz başqa yerlərə də müraciət etdik. Hamı eyni qərarı verdi: sol böyrək təcili kəsilməlidir. Vəziyyətimizi, sarsıntımızı anlamaq yəqin ki, çətin deyildi. Qəflətən «Rentgen-qadın» Zərifə xanım haqqında yazılmış bir məqalə əlimə düşdü. Biz Zərifə xanıma müraciət etdik. Cəmi 3 dəqiqə ərzində heç bir texniki vasitə olmadan, qaranlıq otaqda ilahi nurla işıqlandırılmış şəfalı gözləri ilə xəstəmizə baxdı və heç bir cərrahiyyə əməliyyatına ehtiyac olmadığını söylədi.
Zərifə xanım böyük bir şəfqətlə: «Həkimlər səhv edirlər. Narahat olmağa əsas yoxdur. Hər şey yaxşı qurtaracaq» fikrini qəti inamla söylədi.
Müalicə doğrudan da uğurlu və heyrətamiz keçdi.
Zərifə xanım Allahın xoş niyyətli, xoş məramlı, sevimli övladıdır. Böyük fəxr hissi ilə xalqımın, millətimin nurlu övladına uğurlar diləyirəm.
Yazan: admin Baxış: 583 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0