GameWin

ALLAHIN VERGİLİ BƏNDƏSİNİN QƏDRİNİ BİLMƏMƏK GÜNAHDIR
ALLAHIN VERGİLİ BƏNDƏSİNİN QƏDRİNİ BİLMƏMƏK GÜNAHDIR
Xalq arasında «ilahi qüvvə», «Tanrı vergisi» və s. kimi ifadələr işlədilir. Bu ifadələr adətən qeyri-adi, möcüzəli adamların qarşısında bəşər övladının heyrətindən doğur. Lakin elə vaxt gəldi ki, insanları dindən uzaqlaşdırmağa çalışdılar. Bu dövr artıq uzaqda qalmışdır. İndi çoxları müqəddəs yerləri ziyarət etməklə keçmiş günahlarını yumağa çalışır. 
Gələcəyi görənlər, falçılar, ekstrasenslər çoxalmışdır. Xəstələr də onların qəbuluna axışırlar. Bəs görəsən bu ilahi qüvvəyə malik olan qeyri-adi şəxslər doğrudan da möcüzə yaratmağa qadirdirlərmi?
Elə bu maraq məni Zərifə xanımın yanına gətirdi. Zərifə xanımın qəbuluna düşmək üçün növbəyə durmuşdular. Onların rəyini bilmək istəyəndə, hamısı: «Allah onu bizə çox görməsin!», — dedilər. Mənə aydın oldu ki, bura gələnlərin hamısı Zərifə xanıma inanır. İnsanda inam yaxşı şeydir, amma gərək bu inamı yarada biləsən.
Uca boylu, mərd cüssəli Zərifə xanım məni sakit  qarşıladı. Düz dörd saat onun apardığı seansların, müayinələrin şahidi oldum.
Qeyd edim ki, ali təhsil ocaqlarımız ildə neçə-neçə məzuna diplom verir. Həmin kadrlar çox təəssüf ki, gələcək nəsilləri kor edir. İşini, borcunu yalnız xəstədən pul qopartmaqla bitmiş hesab edən belə üzdəniraq həkimlərimiz az deyil. Naümid xəstələr isə Zərifə xanımın şəfalı əllərinə ümid bağlayır.
Böhtanlara, təsirlərə məruz qalan Zərifə xanım heç bir təmənna güdmədən minlərlə ümidsiz xəstəyə şəfa, ailələrə isə sevinc gətirir.
Axı Allahın vergili bəndəsinin qədrini bilməmək günahdır.

«Yeni Azərbaycan» 1 mart 1997-ci il
Yazan: admin Baxış: 660 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0