GameWin

«RENTGEN-QADIN» VƏ YA ŞƏFA PƏRİSİ
«RENTGEN-QADIN» VƏ YA ŞƏFA PƏRİSİ
Qeyri-adi qabiliyyəti ilə Vətənimizdən çox-çox uzaqlarda tanınmış, ilahi vergi nuruna bürünən Zərifə xanımın şöhrəti gündən-günə artmışdır. Onun sehrli barmaqlarının istisindən, nur dolu gözlərinin ecazkar qüdrətindən şəfa tapan minlərlə xəstə bu nadir insana öz dərin minnətdarlıqlarını bildirərək, ona möhkəm cansağlığı, səadət, xoşbəxtlik və uzun ömür arzulayırlar.
Saysız-hesabsız elm, mədəniyyət və əmək adamlarının minnətdarlıq məktubları bu nadir istedad sahibinin — Zərifə xanımın sirli aləminin böyük-lüyünü bir daha sübut edir.
Zərifə xanım başdan-başa möcüzələr dəryasıdır. Allah onu Azərbaycan xalqına çox görməsin. O,hələ kəşf edilməmiş, öyrənilməmiş ilahi bir vergidir. Zərifə xanımın möcüzə dolu həyatı ilə tanışlıq oxucularımız üçün də maraqlıdır. Zərifə xanım xüsusi görmə qabiliyyətinə malik bir insandır. O, qaranlıq otaqda, üzündə rübənd insanların daxili orqanlarını, geyimlərini çıxarmadan  4-5 metrlik məsafədən görərək dəqiq diaqnoz qoyur, müalicə edir. Zərifə xanımın şəfalı əllərindən,büllur gözlərindən, ilahi nəfəsindən təskinlik tapan xəstələr ona qəzetimiz vasitəsilə öz minnətdarlığını bildirirlər.
Əllərin heç zaman yorulmasın, Zərifə xanım. Bu günümüzdə hələ bizə çox gərəksən.

«Ədalət» qəzeti,
23-25 oktyabr 1999-cu il
Yazan: admin Baxış: 608 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0