GameWin

«RENTGEN-QADIN» MÜQƏDDƏS NƏSİLDƏNDİR
«RENTGEN-QADIN» MÜQƏDDƏS NƏSİLDƏNDİR
Düzdür, onun Vətəni Azərbaycandır, özü də Kəlbəcərdə doğulub boya-başa çatıb. Sonra Gəncəyə gəlin köçüb, sonra da Bakıya gəlib, daha sonra isə Almaniyaya…
Sonuncuya — Vətənindən ayrılıb uzağa getməyə o qədər də meylli olmasa da başqa yolu yox idi. Çünki Vətəndə düz 29 il idi ki, qeyri-adi qabiliyyətini təsdiq edə bilmirdi.
Daha doğrusu, uzun illərdən bəri təsdiq olunmuş 
qabiliyyəti, istedadı «rəsmiləşdirmək» üçün külli miqdarda rüşvət istəyirdilər. Halallıqla qazanılanı belə yerlərə xərcləmək isə ən azı günahdı.Özü də seyid, imam nəslindən olan adam üçün. Haqqında danışdığımız Seyid Zərifə xanım Mayılova imam Museyi-Kazım əleyhissalamın nəslindəndir.
Hələ 9 yaşında olarkən 12 gün, sonra isə yenə 12 və 18 günlük letargiya yuxusuna getmiş Zərifə xanım yuxudan ayılanda Quranı əzbər oxumağa başlamışdır. Lap körpə vaxtı beşinci mərtəbədən yerə düşən uşaq heç bir xəsarət almamışdı. Həmişə  müqəddəs ocağın ilanları ilə oynayarmış.
Daxili görmə qabiliyyətilə yanaşı Zərifə xanım həm də diaqnozu dəqiq təyin edib dərmansız bütün xəstəlikləri tez bir zamanda müalicə edir.
Rumıniyadan olan bir sənayeçi Seyid Zərifə xanımın əllərindən şəfa tapandan sonra öz fabrikində itstehsal olunan məhsullardan birini «Zərifə» adlandırıb.
Zərifə xanımın dediklərindən: «İki il əvvəl Hikmət Çətinin qardaşı Məmməd Tağının ayağını qanqrenadan qurtarmışam. Onda mənə Türkiyədə qalıb işləmək təklif olunsa da, razılaşmadım. Vətənimi hər yerdən üstün tutdum. Ölkəmizin belə ağır günündə xalqın ağrı-acısını azalda bilirəmsə demək hardasa, nə iləsə ona xidmət etmiş oluram. Zəhmətim üçün veriləni də imkansızlar, kimsəsizlər, yetimlər və qocalarla bölüşürəm».
Zərifə xanım hələ hamısını demədi, «ovsanadan çıxar», — söylədi. O, 1995-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin təsis etdiyi H.Z.Tağıyev adına «Xeyriyyəçilik və yardıma görə» diplomuna layiq görülmüşdür.
Bircə onu bilirəm ki, dünyanın harasında olsa da Zərifə xanım Azərbaycan övladıdır.

«Həftə», 05.11.1999-cu il
Yazan: admin Baxış: 713 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0