GameWin

«RENTGEN-QADIN» MÖCÜZƏLƏR YARATMAQDADIR
«RENTGEN-QADIN» MÖCÜZƏLƏR YARATMAQDADIR
Hələ dörd yüz ildən bəri qorunub saxlanılan Şəcərə sənədi (miladi 1587-1588) bu qeyri-adi xanımın babalarının yeddinci imam Museyi-Kazım (ə) həzrətlərinə gedib çıxdığını sübut edir. Şəcərəyə görə, bu nəslin bir qismi İranda, ikinci qismi Hindistanda, üçüncü qismi İraqda, dördüncü qismi isə Türküstanda yaşayıb. Özü isə Kəlbə- cər rayonunda dünyaya göz açıb. Hələ 9 yaşında ikən 12 günlük letargiya yuxusuna gedən balaca qızcığa-zın bütün qəribəlikləri də elə bundan sonra başlayıb.
Bəli,  söhbət  Zərifə Yaqub qızından gedir. Anası Bilqeyis xanım qohumlarına danışıb ki, bir dəfə babamın ocağına yanında balası olan bir ceyran gəldi. Sovet dövrü idi. Şəhərdən gələn cavanlar tez ov tüfəngi ildə ceyranı  vurmaq istədilər. Amma ceyran qaçdı, güllə ona dəymədi. Ən təəc-cüblüsü isə o idi ki, bala ceyran hamının gözü qarşısında anasından əks tərəfə  qaçaraq bu mənzərəni seyr edən Zərifənin qucağına atıldı. Zərifə xanımın uşaqlıq və yeniyetməlik dövrlərində baş vermiş belə maraqlı hadisələr haqda çox yazmaq olar. Ancaq ən maraqlısı isə Zərifə xanımın bu günkü həyatıdır. Axı həqiqətən də bu möcüzəni nə ilə izah etmək olar? Qaranlıq otaqda insan daxilini görüb zədəli, xəstə nahiyyələri aşkar edərək, beləcə də dəqiq diaqnoz qoymaqda görəsən ona elmin hələ dərk olunmamış hansı qanunu kömək edir. Yoxsa, İlahi qüvvələrmi yardımçısı olurlar? Bəziləri onun bioenerciyə malik olduğunu iddia etsələr də, Zərifə xanım onu qəbul etmir. Çünki məsələnin mahiyyəti, sirri onun rentgen gözlərindədir. Onun haqqında yazılmış «Maddidən mənəviyə — zülmətdən nura» kitabının müəllifi, filosof-publisist Həqiqət xanım Kərimova da bu fikirlə şərikdir: «Zərifə xanım nə telepatdır, nə ekstrasensdir, nə də falçıdır.  O, özünün möcüzəli rentgen qabiliyyəti ilə hamını heyrətə salan fenomendir». Bu barədə akademik A.Hüseynovun da qənatləri maraqlıdır: «Onun zərgər gözlərinin fəaliyyəti qaranlıqda daha geniş meydan oxuyur. İşığı söndürməsi ilə gözlərini fəaliyyətə təhrik edir. Qarşısındakı xəstənin içi üzündən də təmiz görünür. Zərifə xanımın gözlərilə 30-40  saniyə davam edən bu çəkiliş xəstənin bütün dərdlərini üzə çıxardır. Yalnız ibtidai təhsilə malik olsa da elə bil onun yaddaşında insan fizionomiyasına aid çoxlu informasiyalar vardır. Deməli, insanın anatomik-fizioloci quruluşunu o əzbərdən bilir». Bəs, görəsən,müasir elm insanın həqiqətən də rentgen şüası qəbul edə biləcəyini istisna etmir ki? Bu sualın cavabı üçün heç də dağa-daşa düşməyə ehtiyac qalmadı. Zərifə xanım  haqda yazılmış, elmi baxımdan da ən mükəmməl kitablardan olan «Maddidən mənəviyə — zülmətdən nura» əsərinə müraciət edərək, insan fenomeninə zərrə qədər də olsa bir aydınlıq gətirməyə çalışdıq. Peşə baxımından bioloqlar insanın hüceyrələrdən təşkil olunduğunu, fiziklər və kimyaçılar isə kimyəvi elementlərdən, atomlardan qurulduğunu isbat etməyə çalışıblar. Astrofizikaya görə, ulduzların yaranması və partlaması nəticəsində kimyəvi elementlərin kainata atılması və Yer kürəsinin həmin kainat materialından əmələ gəlməsi ehtimal olunur. Onların fikrincə hər bir insanın bədənində daşıdığı kimyəvi elementlərin çoxu ulduzların hissəcikləridir, insan kainatın övladıdır. Onun da kütləsi var və Yerlə qarşılıqlı qravitasiya mübadiləsidir. Günəşdən gələn şüalar insana təsir edir. Nəticə etibarı ilə bu qənaətə gəlmək olar ki, insan Yer  və Günəşin maqnit sahələrinin təsirinə məruz qalır. İnsan informasiya qəbuledicisi olduğu kimi, həm də informasiya mənbəyidir. Bəs elm üçün ali varlıq olan insan bədənindən şüalar ayrılırmı? Müəyyən olunmuşdur ki, bioloci obyektlərin, o cümlədən insan bədəninin həyat fəaliyyəti sayəsində onun ətrafında müxtəlif sahələr və şüalanmalar yaranır. Ola bilsin ki, Zərifə xanımın orqanizmində şüalanma sahəsi başqalarınınkından daha güclü, daha həssasdır. Nəzərinizə çatdırmaq istədiyim elmi izahlar onda rentgen qabiliyyəti olduğunu aşkar edənlər üçün tutarlı cavabdır. Bəli, insan həqiqətən də möcüzədir. O, rent-gen şüası hasil edə bilər». Çeşidli elmi istinadlardan da göründüyü kimi, müasir elm bunu istisna etmirmiş. Axı, nəinki elmi, heç dünya praktikası da buna qarşı çıxmır. Gəlin, bəsirət körpüsü Vanqanı yadımıza salaq. Həmin qadın da təhsilsiz olsa da belə öz qeyri-adi düşüncə tərzi və qabiliyyəti sahəsində Bolqarıstan Elmlər Akademiyasının baş elmi işçilərindən biri təyin edilməmişdirmi? Eləcə də L.Brecnev zamanında Kremldəki gürcü qadınını da  buna misal çəkmək olar. Elə bu barədə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının sədri, yazıçı-ilahiy-yatçı Oqtay Salamzadəni də misal çəkərək, neçə illər öncə dostu olan bir rus jurnalisti ilə Vanqanın görüşünə getdiklərini xatırladı.
Zərifə xanımın müayinəsindən keçən Oqtay müəllim onun haqqında dedi: «İnam illərlə yaranır. Amma Zərifə Yaqub qızına, onun görücülük qabiliyyətinə inam ildırım çaxması kimi bir şey oldu. Kosmosda illərlə yol gedən rentgen işığı onun gözlərindən bədənimə bircə anın içində sancıldı. Batinimdəki nura boyanmanı batinimdə həmin andaca hiss etdim». Ancaq gəlin onu da təbii qəbul edək ki, ta bu qapını açıb həmin canlı «USM» aparatından keçməyincə çoxları ona inanmaq istəmirlər. Əgər nəzərə alsaq ki, yaşadığımız indiki dövrdə gündəbir «baxıcı», «ilahi vergili görücü» peyda olursa onda zənnimcə, onları qınamaq da düzgün olmazdı. Bu haqda qısa görüşümüz zamanı da bizim fikrimizlə şərik olduğunu bildirərək, fırıldaqçıların əlindən camaat zara gələrək talan olunmalarından danışdı. Söhbət üçün otağa girərkən onun üzündə nazik qara tüldən niqab olduğunu gördüm. Adəti üzrə niqabı üzündən açdı. Yorğun olsa da bir cüt iri gözlərinin mənalı çöhrəsini neçə də nura qərq etdiyi aydınca sezildi. Axşama yaxın olduğu üçün Zərifə xanım bərk yorğun görünürdü. Öyrəndik   ki, o, hər dəfə müayinə otağını belə halsız tərk edir və nəfəsi təmiz olsun deyə səhərdən axşamacan heç bir şey yemir. Açığı özümü itirdiyimdən söhbətə nədən başlayacağımı da bilmədim. Bunu hiss edən Zərifə xanım özü söhbətə başladı:
— Doğrusu insanları mən də qınamıram.  İndi fırıldaqçılıq aləmi başına götürüb. Amma, şəxsən mən nə falçıya inanıram, nə də baxıcıya.
—    Zərifə xanım, bəlkə də bu sizin üçün adi bir şeydir. Amma bizim üçün yox. Siz bu möcüzəni nə ilə izah edirsiniz?
—    Dünyada bütün möcüzələrin hamısı yalnız Allahın iradəsi ilə baş verir. Odur ki, bu möcüzə də mənə yox, Yaradana məxsusdur. Axı, mən nə edirəmsə, yalnız Allahın rüsxəti ilə edə bilirəm. Necə izah edim ki,.. Siz mənim ürəyimdə olanlardan xəbərdar olsaydınız… Hər şeyi olduğu kimi demək olmur…
—    Zərifə xanım, mən öyrəndim ki, siz camaatın arzusu ilə bölgələrdə olub minlərlə imkansızlıq ucbatından həkimlərə müraciət edə bilməyən yoxsullara da şəfa vermisiniz. Bəs indi niyə belə səfərlər etmirsiniz?
—    Açığını deyim ki, mən nizam-intizamı  sevən adamam. Belə səfərlər dövlət nümayəndələrinin nəzarəti altında, özü də qayda-qanunla gərək təşkil edilsin ki, sonradan mənə pis təsir edən söz-söhbətlərin də ortaya çıxmasına imkan olmasın.

«Dövran» qəzeti,8 dekabr 1998-ci il
Yazan: admin Baxış: 942 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0