GameWin

«RENTGEN-QADIN» ZƏRİFƏ XANIMIN MÖCÜZƏLƏRİ
«RENTGEN-QADIN» ZƏRİFƏ XANIMIN MÖCÜZƏLƏRİ
Eşitmişdim, görməmişdim…
Təmasda olduğum insanlardan Zərifə xanım haqqında çox eşitmişdim.  Ancaq onu bir dəfə də görməmişdim. Allahın canlı möcüzəsi Zərifə xanımla üz-üzə, göz-gözə söhbət etmək mənə də qismət oldu. Kəlbəcər elinin layiqli övladı Zərifə xanıma Böyük Allahımızın şəfa elçisi kimi baxdım.  Bu uca boylu qadında nə qədər cazibədarlıq, sadəlik, səmimilik, həlimlik gördüm. Mən hiss etdim ki, onun xoş sifəti hamıya gözəl təsir bağışlayıb. İlahi vergili, zümrüd baxışlı şəfa pərisi Zərifə xanım möcüzələrini onun sevindirdiyi minlərlə insanlar dərindən dərk ediblər.
Zərifə xanımla görüşdüyüm gün növbə gözləyən insanlarla söhbət etdim. Müşahidələrimə və eşitdiklərimə əsaslanaraq bildirirəm ki, həmin insanları Zərifə xanımla görüşə inam hissi çəkib gətirib. Uzaq rayonlardan və şəhərlərdən Bakıya, onun ünvanına yol gələn maşın karvanlarının ardı-arası kəsilmir. Allah Zərifə xanımı insanlara, əsas isə imkansızlara, kasıblara  şəfa elçisi göndəribdir.
Heç bir tibbi aparatlardan istifadə etmədən, az vaxtda xəstənin qaranlıq otaqda daxilini görən, dəqiq diaqnoz qoyan Zərifə xanımın rentgen qabiliyyəti haqqında mətbuatda çox yazılıb.
Hələ Zərifə xanım dünyaya gəlməmişdən 10-15 il əvvəl onun varlığı haqqında babası söyləmiş və anası Bilqeyis xanıma vəsiyyət etmişdir. Eyni zamanda qızın adını Zərifə qoyulmasını da tapşırmışdır. Həmin Seyid Miskin baba özü isə 45 yaşında qeyb olmuşdur.
Zərifə xanımın möcüzələrindən biri onun uşaq ikən beşinci mərtəbədən yıxılıb,  sağ qalmasıdır. Həmin hadisəni görən bacısı Füruzə xanım demişdir:
— Uşağın göydən endiyini görüb huşumu itirdim. Ayılanda gördüm ki, qız həyətdəki uşaqlarla oynayır. Soruşdum ki, səni kim itələdi, yıxdı, heç yerin əzilməyib? O, soyuqqanlıqla cavab verdi ki, məni heç kim itələmədi. Eyvana bir ağ qanadlı quş qonmuşdu, mən onun qanadlarından tutdum, o isə məni yerə düşürdü.
Bu həqiqətən də qeyri-adi bir möcüzədir. Başqa bir möcüzəsi babanın ocağında iki böyük ilanla mehriban dostluq etməsi olmuşdur. Sonra isə ovçular tərəfindən qovulan ceyran balasının qaçaraq Zərifə xanımın qucağına qısılması, başını onun sinəsinə qoyub göz yaşı tökməsi və s.
12-13 yaşı olanda atası Yaqub kişi çırağı yandırıb yatmış qızının yatağında iki dənə qırmızı ilanın olduğunu görüb, ilanları öldürmək istəyəndə Zərifə xanım yuxudan oyanıb demişdir: «Öldürmə, ata, onlar mənim köməkçimdir, indi çıxıb gedəcəklər»
Zərifə xanım günlərin birində bir neçə gün yeməkdən kəsilibdi. Ancaq özünü yaxşı hiss edib.  Son-ra o yuxuya gedib və adi qaydada yuxudan oyanmamışdır.
Zərifə xanımın anası Bilqeyis xanımın söylədiklərindən:
Anam Seyid Yaxşı xanım mənə söylədi ki, ay bala, uşağa vergi verilib, onu tərpətmək olmaz, özü ayılanda gələr. Biz elə də etdik. Anam Seyid Yaxşı xanımla mən növbə ilə keşik çəkirdik.
Hərdənbir yaxınlaşıb baxırdıq, görürdük ki, rahat nəfəs alır, təskinlik tapırdıq, düşünürdük ki, qorxusu yoxdu. Beləliklə, düz 12 gündən sonra yuxudan ayıldı. Çox arıqlamışdı, ancaq gümrahlığı özündə idi. Mən soruşdum ki, qızım, acmısanmı? Söylədi ki, məni təzə yedirdiblər, yemək istəmirəm. Xeyli vaxt keçdi, biz maraqlandıq ki, bu 12 gündə ona nələri söyləyiblər? O,  öz fikrini bir neçə cümlə ilə belə söylədi: «Ana, onu söyləyə bilərəm ki, ruzum olacaq, hara ayaq bassam işim düzələcək, ən ağır xəstənin üstünə getsəm, ona baxsam sağalacaq,hansı əkin sahəsində olsam oranın məhsuldarlığı artacaq. Bir sözlə, mən nə iş görsəm, həmin işin yaxşı nəticəsi olacaq. Bunlardan başqa heç bir söz söyləməyə ixtiyarım yoxdur».
Doğrudan da anamla mən 12 yaşlı körpə Zərifənin düşüncəsinə, təmkininə heyran olduq. Elə həmin gündən bu kiçik Zərifə ucalmağa, aliləşməyə başladı. Tədricən öz ətrafımızda, sonralar isə bütün Kəlbəcər mahalında məşhurlaşdı.
Zərifə xanım möcüzəli həyatında möcüzəli anlarını, günlərini yaşaya-yaşaya elə həmin vaxtdan da xalqın dərdinə məlhəm oldu. İlk növbədə işğal olunmuş doğma yurdun övladlarına həm mənəvi, həm də maddi cəhətdən yardım göstərdi. Onun rentgen gözləri neçə-neçə xəstənin dərdini aşkar etdi, müalicəsi də uğurla başa gəldi. Gözləri dünya işığına həsrət qalanlar, eşitmə qabiliyyətini itirənlər, övlad həsrəti ilə yaşayanlar Zərifə xanıma pənah gətirdilər, inam və sevincilə geri döndülər. Bu günə qədər ona pənah gətirən minlərlə xəstənin heç biri ümidsizliklə üzləşməyib. Onun ətirli və təmiz nəfəsindən, şəfalı əllərindən şəfa tapıbdır.
Zərifə xanımla görüşdüyüm gün böyük minnətdarlıqla ona ünvanlanan minlərlə şəfa tapmış xəstənin məktubunu oxudum. Bunlar Zərifə xanımın sirli, möcüzəli dünyasının canlı səhifələridir.
…Ümid işığına gəlmiş insanların bəzilərinin miinnətdarlıq səhifələrindən sətirlər:
«İnam və ümid… Bu, Tanrıya və onun sevdiyi şəxslərə daha çox aiddir. Zərifə xanım belə şəxslərdəndir. Onun möcüzəli gözlərində və qeyri-adi barmaqlarında fitrətdən yoğrulmuş xilaskarlıq duydum. Zərifə xanımın gözəl səsi də var. Bilmirəm, siz bu səsdəki sehri duymusunuzmu? Onun səsi də insanı müalicə edir. Hələ onun əzəmətli boy-buxunu… Allah yalnız özünün belə şərəfli bəndəsinə nadir görkəm verə bilər.
Əziz və möhtərəm Zərifə xanım! Siz mənim bədənimdəki 15 illik ağrılarımı götürdünüz. Qoy Allah Sizə yar olsun! Övladlarınız xoşbəxt olsun! Sizinlə yaxın zamanda  efirdə və qəzet səhifələrində görüşərik!
Əllərin var olsun, ey sehrli insan!»
Yazan: admin Baxış: 7 321 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0