GameWin

XX əsr Azərbaycan Qadınları
Mayılova Zərifə Yaqub qızı
Kəlbəcər rayonunda anadan olub. Rentgen qadın, qeyri-adi tibbi fitri istedada malikdir. Heç bir müasir tibbi aparatlardan, analizlərdən istifadə etmədən dəqiq diaqnoz təyin edir. İynə, dərman preparatlarından istifadə etmədən müalicə aparır. Qeyri-adi möcüzələr etmişdir. Başdan cərrahiyyə əməliyyatı nəticəsində çıxarılmış sümüyün yerində yenidən sümük əmələ gəlməsində, ciddi yanıq alaraq sağalması qeyri-mümkün olan xəstələrin həyata qaytarılmasında, qəza nəticəsində bir ayağında gödəlmə əmələ gələn şəxslərin bu şikəstliyin aradan qaldırılmasında, saysız miqdarda sonsuzluğun ləğv edilməsində, şaxələnməmiş xərçəngin, böyrək, ürək, qaraciyər çatışmazlıqlarının müalicəsində, fibroma, kista, mədə-bağırsaq, beyin, mədəaltı və s.

Xəstəliklərin sağalmasında qeyri-adi üsullardan istifadə edir. İnsanın anatomik-fizioloji quruluşunu heç bir elm oxumadan incəliklərinə qədər bilir. Geniş intellektə, yüksək təfəkkürə, savadlı nitq mədəniyyətinə, heyrətamiz tibbi biliklərə malikdir. Qeyri-adi fitri istedadı müasir təbabətin görkəmli nümayəndələri tərəfindən qəbul edilərək təsdiq olunmuşdur. Moskva şəhərində BMT-nin Dünya Universiteti tərəfindən tanınmış D.Cuna ad.Beynəlxalq Akademiyanın diplomçusudur.

Həmin diplom tibb elminin bütün sahələrini əhatə edir. Diaqnoz təyini və müalicə üçün Səhiyyə Nazirliyinin lisenziya sahibidir. Ədliyyə Nazirliyi tərəfindən ona "Rentgen qadın” şəhadətnaməsi verilmişdir. Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, respublikanın fəxri ziyalısı, tanınmış xeyriyyəçidir. Hacı Z.Tağıyev ad. "Fəxriyyə” xeyriyyəçi diplomuna, Respublika "Qayğı” Cəmiyyətinin fəxri fərmanına, Mətbuat və İnformasiya Nazirliyinin "Ziya” fəxri diplomuna, Qarabağ Əlillər Cəmiyyətinin "Xeyriyyəçi” diplomuna, Gəncə, Kəlbəcər icra hakimiyyətlərinin fərmanlarına və s. Layiq görülmüşdür. Haqqında 3 kitab yazılaraq, bir neçə dilə tərcümə olunmuş, dövri mətbuatda qeyri-adi fitri istedadı barədə yüzlərlə məqalə dərc edilmişdir. İki övladı var.
Yazan: admin Baxış: 1 956 Kateqoriya: Məqalələr Şərh: 0
Şərhlər: 0