GameWin

Şaiq Məmmədov - "İLAHİ, YAŞAMAQ HƏVƏSİN VERDİN" şeiri
İLAHİ, YAŞAMAQ HƏVƏSİN VERDİN
Ya Rəbbim, çox şükür mərhəmətinə,
Ki, bizə bir həyat çeşməsin verdin.
Zərifə ismində, mələk ismində,
Əlacsız dərdlərin çarəsin verdin.

İki balasını nur et gözünə,
Sehirmi, vergimi, yoxsa gözü nə?
Tək nadan inanmaz belə göz, ünə.
Nur kimi işıqlı çöhrəsin verdin.

Sehri qüdrətdəndir dümağ əlləri,
Qovur üstümüzdən qara yelləri.
Bürümüşdür onu alqış selləri,
Bizə bizdən yaxın nəfəsin verdin.

Təmənna bilməyən təmiz ürəkli,
Xoş xislət, mehriban, haqqdan diləkli.
Artır cəlalını, elə gərəkli,
İlahi, yaşamaq həvəsin verdin.

Şaiq Məmmədov
Yazan: admin Baxış: 679 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0