GameWin

Azadə Nəriman qızı - "ZƏRİFƏNİN MÖCÜZƏSİ" şeiri
ZƏRİFƏNİN MÖCÜZƏSİ
Möcüzədir ay aman,
Möcüzə dərdə dərman.
Zərifənin nurundan 
Sağaldı çoxlu adam.
Şəfalıdır əlləri,
Möcüzədir aləmi.
Ovsunlayıb xəstəni,
Geri aldı dərdini.
Möcüzədir ay aman,
Şəkk etmə sən, bu insan
Ümid inamın olsun,
Canına şəfa dolsun.
Möcüzədir ay aman,
Xəstə getdim yanına.
O, nurlu gözlərilə
Şəfa verdi canıma.
Sapsağlam olmuşam mən,
Dərdləri atmışam mən.
O şəfa pərisini,
Qəlbimə salmışam mən.
Möcüzədir ay aman,
Möcüzədir bu insan.
Gedin özünüz görün,
Həm şəfa tap, həm inan!

Azadə Nəriman qızı
Bakı şəhəri, Dilarə Əliyeva küç., ev 4, mənzil 5. 
Yazan: admin Baxış: 760 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0