GameWin

Abbasli Xatire

         Mən Zərifə xanımı tanıyandan sonra çox dəyişmişəm.Mən ETPİ-nun YDP-sı şöbəsində həkim işləyirəm.Ancaq Zərifə xanımı tanıyandan sonra Allahın qüdrəti qarşısında həkimlərin necə aciz olduğunu bir daha dərk etdim.2004-cü ildə mən hamilə olmuşdum.YSM-də öd kisəmdə 2 böyük yəni 1.8-2.0 sm ölçüdə daşların olduğu aşkarlandı.Qadın məsləhətxanasında ginekoloq məni danladı.O, mənə dedi ki, özün həkim ola-ola səhvə yol verirsən.Ona görə ki, uşaq böyüdükcə öd kisəni sıxacaq idi.Bir az durğunluq artdıqca, öd kisəmin partlamaq təhlükəsi yaranırdı.Mən isə onların sözünə baxmayaraq, Zərifə xanımın yanına gəldim.Zərifə xanım məni müayinə etdikdən sonra, ödümdəki daşların cərrahiyyə əməliyyatına ehtiyac olduğunu söyləsə də, ancaq Allahın izni ilə mənə kömək edəcəyini bildirdi.3 gün müalicədən sonra mənim vəziyyətim yaxşılaşdı.O, mənim təkcə öd kisəmin ağrısını deyil, həm də depressiyamı götürdü.Zərifə xanım bir möcüzədir.Onu tanıyanlar ondan əl çəkə bilmir, sağlamlıqlarını ancaq ona həvalə edirlər.O mənim öd kisəmdəki daşı əritdi, xroniki pankreatitimi sağaltdı.Halbuki, həkimlər hər iki xəstəliyin necə təhlükəli olduğunu gözəl bilirlər.

        Mən hamilə olanda toksikozum çox güclü idi.Nə yeyirdimsə, hamısını qaytarırdım.Ancaq buna baxmayaraq, Zərifə xanıma inamım o qədər güclü idi ki, bilirdim ki, əgər onun əli mənim uşağıma dəyibsə, gözünün nuru ilə uşağı rentgen edibsə, uşaq mütləq sağlam doğulacaq.Doğurdan da, həkimlər bilir ki, uşaq cift vasitəsilə ona lazım olan makro və mikro elementləri,vitaminləri alaraq böyüyür.Əgər ana düzgün qidalanmırsa, yaxud toksikozu olarsa, herpes, sitomeqalovirus, xlamidiya və s. kimi infeksiyaların olursa, uşaq ya qüsurla doğulur, ya da ki,düşüklə nəticələnir.Ginekoloqlar bilirlər ki, bətn divarı 3 təbəqədən meydana gəlir.Xarici əzələ təbəqəsi, daxili əzələ təbəqəsi və çarpaz əzələ.

        Rəhm divarı da 3 təbəqədən ibarətdir.Epimetrium, miyometrium və endometrium.Eyni zamanda embrionu əhatə edən pərdə də üç qatdan ibarətdir.Anenion,koryon,desidia.

        Dölün ana bətnindəki inkişafı haqqındakı bu məlumatlar yalnız müasir texnoloji avadanlıqların köməyi ilə aparılmış, müşahidələr sayəsində əldə edilib.Ancaq bəzən bu texniki avadanlıqlar da, həkimlərə səhv məlumat verə bilir.

         Rentgen Zərifə xanım isə heç bir texniki avadanlığın köməyi olmadan uşağın ana bətnindəki vəziyyətini, inkişafını, yaşını, qüsurunu, cinsini, sağlamlığını saniyələr içərisində heç bir səhvə yol vermədən söyləyir.Zərifə xanımın yanına gələn neçə-neçə qadınlar olub ki, onları cərrahiyyə müdaxilədən qutarıbdır.Yumurta borusunda qalmış embrionu ginekoloqlar qanaxma olduğuna görə cərrahi müdaxilə ilə çıxartmaq istəyiblər, Zərifə xanım isə şəfalı əlləri ilə onu uşaqlığa salaraq hamiləliyi bərpa edir və hamiləliyin sona çatmasına kömək edir.Yüzminlərlə uşağı kesəriyyə əməliyyatsız doğulmasına vəsilə olub.

        Ona görə də bizim planetimizə Allah tərəfindən göndərilərək, bizə xidmət etməyə,bizim dərdimizə dərman olmaq üçün təhkim olunmuş bu şəfa mələyinə sahib çıxıb, onu qorumalıyıq!

        Bizim kimi  şüursuz, ürəyində Allah xofu olmayan, hər şeyi pulla dəyərləndirən, şöhrətpərəst,dünyagir, təkəbbürlü,Allahın verdiyi ruzini özününki bilən və s. Insanların arasında belə bir insanı tənha qalmağa, darıxmağa qoymamalıyıq!

        Zərifə xanım mənim stenokardiyamı müalicə etdi.Mənim bel nahiyəmdə olan protruziya və osteoxondrozumu sağaltdı.Mən hər dəfə Zərifə xanımın ocağına gedəndə, orada çoxlu möcüzələrin şahidi oluram.Xəstələrdə olan eşitmə, görmə hallusinasiyalarını asanlıqla müalicə edir.Halbuki, psixiatrlar onu aylarla, illərlə tam müalicə edə bilmirlər.Sonda xəstələrin çoxu iş qabiliyyətini itirir, cəmiyyətdə onlara lazımsız insanlar kimi baxılır.Heç kim onlarla ünsiyyətə girmək istəmir.Zərifə xanım isə həmin xəstələrlə çox həssaslıqla yanaşır.Onlara xəstə kimi yox, insan kimi qiymət verir.Xəstələrdə böyrək daşlarını çox asanlıqla əridir, diaqnozlarını düzgün qoyur.Qadınların süd vəzilərində və ağciyərlərində olan şişlər çox vaxt usm-də həkimlər tərəfindən şişirdilərək, bəd xassəli şiş kimi göstərilir.Zərifə xanım isə bir anın içində onun bəd yaxud xoş xassəli olduğunu söyləyib, məsləhətlər verir, sağaldır.

        Biz dərs keçəndə öyrənmişik ki, daxili orqanlarda baş verən xəstəliklər fiziologiya, histologiya, biokimya səviyyəsində öyrənilir.O prossesləri aşkarlamaq üçün neçə-neçə reaktivlər, mikroskoplar, laboratoriyalar lazım olur.Məsələn, usm vastəsilə yumurtalıqlarda, qalxanabənzər vəzidə, hipofizdə, hipotalamusda, mədəaltı vəzidə baş verən patoloji prossesləri, hormonların hansının artıb-azalmasını laboratoriyasız, kimyəvi reaksiyalar aparmadan aşkarlamaq olmur.Zərifə xanım isə Allahın ona verdiyi vergi, rüsxət sayəsində 40 saniyə ərzində hansı orqanda, yaxud vəzidə hüceyrə səviyyəsində nəyin artıb-azaldığını söyləyə bilir.İlahi bu nə möcüzədir, bu nə elmdir? Bizim xalqımız nə bəxtəvər, nə xoşbəxt xalqdır ki, bu gözəllikdə nuru, rentgen Zərifə xanımı bizim millətə vermisən! Zərifə xanım ümumiyyətlə tək bizim xalqımıza yox bütün yer planetindəki bəşəriyyətə aid bir insandır.Zərifə xanımı əgər bütün bəşəriyyət dərk etmiş olsa müharibədən  var-dövlətdən əl çəkərək saflaşarlar.Çünki Zərifə xanım Allahla bizim aramızda bir körpüdür,bağdır.O təkcə fiziki cəhətdən insanları sağaltmır, həm də insanın ruhunu da təmizləyə bilir.Mən onun yanında olanda onun gözlərindən mənim beynimə axan nur axını mənim ruhumu elə oynatdı ki, onu sözlə tələffüs etməyə aciz qalmışam.Sanki mən uçurdum.Yerin cazibə qüvvəsi sayəsində bir yerə bağlanırıq.Ancaq Zərifə xanımın gözlərindən çıxan nur məni uçurdurdu.O, baxışlarını məndən ayırandan sonra mənim uçmağım dayandı.Biz bilirik ki, Günəş işıq saçır.Onun nuru sayəsində ağaclar,kollar böyüyür.Yerdə çox möcüzələr baş verir.Bizim bədənimiz isə onu isti kimi qəbul edir.Ancaq Zərifə xanımdan çıxan enerji, nur isə insanın ruhunu oynadır, xoş duyğülar yaradır.Adam bu dünyanın faniliyini dərk edir.Nəhayət, Zərifə xanımı bizə verən yaradan Allahın özünün necə gözəl olduğunu dərk edərək, ölümdən qorxmur, o dünyaya inanır və günahsız yaşamağa çalışır.

         Ümumiyyətlə Zərifə xanımı tanıyandan sonra mənim, uşaqlarımın, qohumlarımın harası ağrıyırsa, biz ilk növbədə Zərifə xanımın yanına gəlirik.Bilirik ki, ən düzgün diaqnozu o qoyur.Mən hərdən fikirləşirəm ki,  bəzi insanlar adi bir robort düzəldəndə,nəsə Allahın izni ilə kiçik bir ixtira edirsə, onun haqqında bütün dünya xalqları bilir və onu möcüzə adlandırırlar.Yazıçılar əgər bir aktual mövzuya toxunaraq roman yazırsa “Nobel mükafatı” alırlar.

         Bəs heç bir texnikanın köməyi olmadan gözləri vasitəsilə həm xəstəyə nur verən, həm də diaqnozunu qoyaraq müalicə edən Zərifə xanıma niyə “Nobel mükafatı” verilmir? Yoxsa onu görənlərin bəsirət gözləri bağlıdır, bəlkə həmin insanların etdikləri günahlar sayəsində gözləri görməz, qulaqları eşitməz olmuşdur ki, Zərifə xanımı görə bilmirlər! Allah onu pis gözlərdən, pis insanlardan qorusun! Allah onun övladlarının həyatını o qədər rahat, firavan etsin ki, Zərifə xanım da şəxsi problemləri olmadan bizi kimi çarəsiz insanlara Allahın izni ilə şəfa versin!

         Zərifə xanım haqqında akademiklərdən tutmuş, sadə insanlara qədər yüz minlərcə insanlar fikir söyləmişlər, yazılar yazmışlar.Hamısı da çox gözəl, düzgün yazılmışdır.Ancaq İsa Peyğəmbər qeyb olmamışdan əvvəl tələbələrinin birinə yox, hamısına tapşırıb ki, gördüklərini yazsınlar.Tələbələrindən biri ondan soruşur ki, nəyə görə bir nəfər yox, hamı gördüyünü yazsın.İsa Peyğəmbər buyurub ki, çünki hamı bir hadisə baş verərsə, onu tam əhatəli yaza bilməz.Ona görə də, hərə öz gördüyünü yazsa daha yaxşı olar.

        Zərifə xanımı 10 ildir tanıyıram.Ona olan inamım getdikcə, daha da artır.Hər dəfə onun ocağında olan möcüzələri görəndə, heyran qalıram.Biz həkimlər laboratoriyasız, usm-siz,rentgensiz, kompyuter tomoqrafiyasız heç vaxt tam diaqnoz qoya bilmirik.O da çox vaxt aparır.Zərifə xanım isə vaxt itirmədən saniyələr ərzində diaqnoz qoyur.Allah ona o gözəlliyi yə’ni daxili orqanları görmək gücü vermişdir.Biz həkimlər Allahın qarşısında baş əyirik, onun belə gözəl möcüzələri bizə verdiyini görərək sevinirik.

Zərifə xanım bir möcüzədir.10 ildir ki, mən onu tanıyıram.Hər dəfə mən onun yanına gedəndə təəccüblənirəm.Onun ocağında o qədər möcüzələr görmüşəm ki, saymaqla qurtarmaz.Həkim olmağıma baxmayaraq, çox vaxt diaqnozu tapmaq çətin olur.Allah bizə o qüdrəti verməmişdir.Zərifə xanıma isə o qüdrət verildiyinə görə o, daxili orqanları rentgen edir, onlarda baş verən dəyişiklikləri hüceyrə səviyyəsində söyləyə bilir.Bu nədir? Allahın biz beyinsiz insanlara bir lütfüdür,bir işarəsidir! Hər şeyə adi baxan insanlara bir çağırışdır.Elə bil ki, Allah bizə Zərifə xanımı verməklə bizə bildirmək istəyib ki, siz istəsəniz, məni dərk etsəniz, işiniz asan olar!

        Zərifə xanım insanları təkcə fiziki cəhətdən müayinə və müalicə etmir.O, həmçinin insanların ruhunu da müayinə və müalicə edir.Mən onun yanında olanda mənim ruhumu bədənimdən elə gözəl ayrıla bilmişdir ki, 10 il keçməsinə baxmayaraq, hələ də o hadisə yadımdan çıxmır.İsa Peyğəmbər kimi, onun da başı işıqlıdır,  gözlərindən nur yağır.Onun əlləri də, gözləri kimi şəfalıdır.İmamlarımızdan yadigar olan Zərifə xanım bizim aramızda təkdir.Onu qorumaq lazımdır! Zərifə xanım neçə minlərlə hamilə qadınları cərrahi müdaxilədən xilas etmiş, neçə on minlərlə insana şəfa vermi, neçə milyonlarla insana diaqnoz qoymuşdur.

        Adətən qeyri-adi insanlara bizim planetimizdə müxtəlif cür adlar vermiş, onları tanıtmaq üçün müxtəlif informasiya ötürücülərindən istifade olunur.Düzdür, biz kimik ki, Zərifə xanım kimi qeyri-adi insanlara qiymət verək.Onun qəbini oxuyan Allah, onsuzda ona əbədiyyət və cənnəti bəxş edəcəkdir.Ancaq onu da qeyd edim ki, Zərifə xanımın bizə xidmət edə bilməsi üçün, ona dövlət qayğısı, “Nobel mükafatı” verilsə daha yaxşı olar.

Qoy dünyamızda yaşayan 72 millətin nümayəndələri bilsin ki, Azərbaycan xalqının belə bir nümayəndəsi var ki, başqa millətlərin dilini bilməsə də onların beyinlərini oxuya bilir.Qoy Yer planetinin həkimləri, insanları bilsin ki, Allah şəfanı vermək istəsə, bizim kimi insanlara saniyələr içində verə bilər.Bu zaman heç bir dərmana, müalicəvi otlara ehtiyac olmaz.Zərifə xanım əlinin enerjisi ilə daşları əridə bilir.Necə ki, yazıçı İsa Hüseynovun qeyd etdiyi  kimi, insanların qəlbində Allah sevgisi yarananda, həmin insanların əllərində yaranan enerjisi daşları əridir, ev əşyalarına hopur.Həzrəti Əli (e.s) enerjisindən əlindəki qılıncı işıq saçırmış, kafirlərsə elə bilirmişlər ki, qılınc sehirlidir.Əslində isə bu Allahın ona verdiyi bir nurdur.Beyin hüceyrələrinin hamısı işləyəndə isə planetlərarası əlaqə yaranır.Təfəkkür dili meydana çıxır.Mən həmişə tələbə vaxtı İsa Hüseynovun kitablarını oxuyanda, heyran olurdum.Həmişə fikirləşirdim ki, kaş ki, mən də həmin işıqlı   insanlar ilə bir dövrdə yaşayardım.Deməyəsən, Allah hər zaman insanların köməyinə çatdığı kimi, bu dəfə də köməyinə çatmışdır.Bizə Zərifə xanım kimi insanı bəxş etməklə, bizi necə sevdiyini bildirmişdir! Allaha şükürlər olsun ki, bizi darda qoymamışdır! Zərifə xanımı tanımaq, başa düşmək üçün Allah bizə təfəkkürdən təfəkkürə yol deyilən bir möcüzəni göstərmişdir.Çünki Zərifə xanım insanların beynini oxuya bilir.Təfəkkür dili vasitəsilə istənilən millətdən olan insanın beynini onun dilini bilmədən də oxuya bilir.Ona görə də bütün millətlər onun qədrini bilməlidirlər.Bizim planetimizə, aramıza xoş gəlmişdir.

Abbaslı Xatirə Abbas qızı 

Nizami r.,Çobanzadə 47, mənzil 62

(050)351-48-78

 

 

Yazan: admin Baxış: 332 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0