GameWin

Huseyn

Zərifə Mayılovaya minnətdarlıq kəlmələri 

 

Deyirlər ki, dünyada möcüzə olmur... Bəlkə də elədir! Amma bir neçə il əvvəl  mənim ailəmdə əsil möcüzə baş verdi – sevimli qızım, ardınca da həyat yoldaşım qorxulu xəstəliklərdən şəfa tapdılar. Bu, Allahın yer üzünə göndərdiyi Zərifə xanım adlı şəfalı qadının sayəsində olmuşdur. Onun barəsində sakit danışa bilmirəm. Özümdən asılı olmadan emosiyalar qəlbimi doldurur, Zərifə xanıma öz səmimi təşəkkürümü və minnətdarlığımı bildirmək üçün söz tapmağa acizlik çəkirəm. Mən bir də evimə hüzur və sevinc bəxş etdiyinə görə ona minnətdarlıq edirəm. 

Hadisə belə olmuşdu. 6 il əvvəl qızım pnevmoniya xəstəliyinə tutuldu, getdikcə xəstəlik lap ağırlaşdı və iş gəlib o yerə çatdı ki, onun həyatı tükdən asılı idi. Bütün bunlar ona görə baş verdi ki, həkimlər uzun müddət müalicədən sonra şiş aşkar etdilər və qərar verdilər - əməliyyat lazımdır! Mənim dərdimin və çarəsizliyimin həddi-hüdudu yox idi. Övladım, qızım, doğma balam ölümlə həyat arasında qalmışdı. Əməliyyata hazırlıq üçün 10 gün vaxt ayırmışdılar, elə həmin ərəfədə qızım təyyarə ilə Bakıya gəlmək qərarına gəlir. Allahın iradəsilə, şükürlər olsun Ona, qızım orada bizim və sevimli xilaskarımız, şəfa vericimiz Zərifə xanım Mayılova ilə tanış olur! Bu, həyati bir görüş idi. Zərifə mənim qızımı tamamilə sağaltdı. Həkimlər yalnız təəccüblə baxırdı, onlar heç cür inanan bilmirdilər ki, necə ola bilərdi ki, onların edə bilmədiyini bu möcüzəli, mehriban qadın  edə bildi. Sonradan qızım həkim müayinəsindən keçdikdə, şükür Allaha, heç bir xəstəliyi qalmamışdı. 

Qızımın başına gələnlər ailəmizdə baş verən tək hadisə deyil. Bir neçə il bundan əvvəl ərim də ağır xəstəliyə tutuldu, ağ ciyərlərində şiş əmələ gəlmişdi. Həkimlər dedi ki, burda tibb elmi acizdir, çünki hər iki ağ ciyərdə metastaz var. Biz Zərifə xanıma müraciət etdik, o üç kurs müalicə apardı və şiş, metastaz yox oldu. Sonra biz həkimlərə müraciət etdik, onları yoldaşımın tamamilə sağalması qarşısında mat – məəttəl qalmışdılar!

Demək istəyirəm ki, Zərifə xanım mənə də (qalxanabənzər vəzidə problem var idi), qohumlarıma da kömək etmişdir. Zərifə xanım Mayılova bizim ailəmizin, dostlarımızın, sevdiklərimizin xilaskar mələyidir. Odur ki, sevimli şəfa vericimiz  Zərifə xanıma müraciət etməyi hamıya tövsiyə edirik. O, Allahın lütf edib göndərdiyi insandır, heç vaxt qapısından geri qaytarmaz. Axı xəstəlikdən şəfa tapmaq. Sağlam həyat yaşamaq nə qədər gözəl hissdir! 

Deyin, axı bunun nəyi gözəl deyil. Həyatımızda sağlamlıqdan, əzizlərimizin, yaxınlarımızın sağlamlığından gözəl nə var? 

Səmimi qəlbdən, bütün ailəmizin adından  deyirik: “Bizə həyat bəxş etdiyinə, şəfa verdiyinə, inam və həyat eşqi verdiyinə sağ ol, Zərifə xanım!”  


Salam! Mənim adımdan Natalyadır, 40 yaşım var. 

Şadlığımı bölüşmək və məni bir neçə xəstəlikdən müalicə etdiyinə görə Zərifə xanıma minnətdarlığımı bildirmək istəyirəm. Qısaca necə sağaldığım barədə sizə danışım. 

İlk dəfə mən Zərifə xanımın qəbuluna 2011-ci ildə təsadüfən, yaxşı tanıdığım dostların məsləhəti ilə düşdüm. O zaman mən sinə fibroadenomasından və kəskin mastopatiyadan əziyyət çəkirdim. Bütün bunlarla yanaşı başımın tüklü hissəsinin psoriazı artıq 10 ildən çox idi ki, məni narahat edirdi. 

Zərifə xanımı görən kimi qəlbimdə ona qarşı xoş bir duyğu əmələ gəldi, sonradan anladım ki, səhv etməmişəm. O dedi ki, məni bu xəstəlikdən sağaldacaq. Bilə-bilə ki, mastopatiya tam sağalmır (yalnız müəyyən müddət üçün ağrılarını azaltmaq olar), mən ondan xahiş etdim ki, sinəmə də çarə etsin. Zərifə xanım məni 3 kurs müalicə etdi və dedi ki, bir aydan sonra onun qəbuluna gəlim. Qeyd etməliyəm ki, elə birinci kurs müalicədən mən özümdə yaxşılaşma hiss etdim, xəstəliyin ilkin simptomları çəkilmiş, orqanizmin ümumi vəziyyəti də xeyli yaxşılaşmışdı.

Bir müddətdə fasilədən sonra mən yenə də 2012-ci ilin yanvarında, sonra martında, sonra da sentyabrında Zərifə xanıma müraciət etdim və hər dəfəsində üç gün olmaqla üç müalicə kursu keçdim. Və düz bir ildən sonra, 2013-cü ildə Zərifə xanım məni şad xəbərlə sevindirdi – mən tamamilə sağalmışdım. Fibroadenoma da. Başımın psoriazı da möcüzəli şəkildə sağalmışdı. 

Zərifə xanımın peşəkarlığı və bacarığı barədə çox və uzun-uzadı danışmaq olar, amma bu möcüzəli qadının qəbulunda olduqdan sonra onun nə qədər böyük şəfa verici qüvvəyə  malik olduğunu dərk etmək olar. O, insanların dərdinə həssasdır və ürəyi yanır. Mən həkim deyiləm və ümumiyyətlə insan müalicəsi ilə əlaqəli olan hər şeydən çox uzağam. Amma bu möcüzə dolu qadının qəbulunda öz başıma gələnlərə əsasən dəqiq deyə bilərəm ki, mən onun təmiz, peşəkar və xeyirxah olduğuna bir an da şübhə etmədim. Mən Zərifə xanıma sonsuz inanıram!!!  Ürəyim yalnız təşəkkür kəlmələri ilə doludur. Ona sağlamlıq, qapısına şəfa üçün gələnlərə kömək edə bilməsi güc, qüvvət və uzun ömür arzu edirəm. Mən sizi sevirəm!!! SİZ MÜQƏDDƏSSİNİZ!!!          

Yazan: admin Baxış: 350 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0