GameWin

Shemsivari Indira

Mən 2004-cü ildə qəflətən qoltuq və süd vəzilərində düyün və ağrılar hiss etdim,  həkimə müraciət  etdim. Sumqayıt şəhər onkoloji dispanserin həkimi Zakir həkim mənə çox pis şəkildə sən raksan və çox güman ki, bədxassəlidir dedi, inanmadım və Mərkəzi Onkoloji xəstəxanada qistoloji analiz verdim. Cavab təsdiqləndi, bütün dünya başıma fırlandı və günü-gündən ruhdan düşməyə başladım. Elə bu zaman çoxdan şəfa tapmış rəfiqəm Məlahət xanım məni Zərifə xanımın ocağına gətirdi. İçəri girərkən xanımı görən kimi mənə bir hönkürtü gəldi ki, özümü saxlaya bilmədim. Zərifə xanım heç nə söyləmədən məni diaqnoz etdi, çox dərin düşündü. Sonra rəfiqəmə söylədi ki, çox ağırdı, amma Allah cavanlığına bağışlasın, mən əlimdən gələni edəcəyəm. Özü də mənə baxarkən ağladı, nəhayət 3 gün müalicədən sonra məni yenə ultrasəs müayinəsinə göndərdi. Ölçüləri üzləşdirdik və bir də 10 gündən sonra yenə 3 gün müalicəyə və “USM”-ə getdim. Allahın bir möcüzəsi yaranmışdı. Zərifə xanım dediyi kimi, sanki bütün düyünləri kimsə əllə bir torbaya toplamışdı. Artıq  qoltuğumun altı, süd vəzimin özü nə ağrayır, nə də istilik verirdi. Xanım mənə dedi, Allahım səni sevir, mənə mələklərim kömək oldu, mən bütün düyünləri bir yerə topladım. İndi get o, torbanı götüzdür, elə də etdim, torbanı bütün götürdüb, onkoloji mərkəzə qayıtdım, həkim “USM” etdirəndə gözlərinə inanmadı ki, qoltuqaltı vəzlərdə olan şişlər necə yox ola bilər? Mənə sual verdi ki, müalicəyə hansı xarici ölkəyə getmişəm? Dedim heç yerə. Bu qadir Allahın bir möcüzəsi olan İlahi vergili Zərifə xanımın möcüzəsidir. O möcüzə ki, o gündən bu günə məni balalarıma qaytardı. 10 ildir yaşayır və övlad toyu, nəvələr gördüm. Şükürlər olsun Tanrımın Azəri xalqına bəxş etdiyi möcüzəyə, şükürlər olsun o günümüzə ki, xalqını sevən, İlahi qüvvəsini bizə sərf edən, özü üçün deyil, xalqı üçün, nəinki xalqı, bütün ona sidq-ürəklə müraciət edən bütün millətlərin nümayəndələrinə öz canını, qanını damla-damla qurban verən, İlahi dərgahından yerə enən Zərifə xanımımıza. Onun üçün din, dil, irq rol oynamır. Çünki o, İlahidən gələn mələkdir, İlahi isə bütün qitələrin, bütün din və dillərin İlahisidir! Mən xöşbəxtəm ki, Zərifə xanımın müasiriyəm. Bir zamanlar insanlar bu kitabları həsədlə oxuyacaq və bizə Zərifə xanımın müasirləri olduğumuz üçün qibtə edəcəklər. Xoş halına Azərbaycan, sənin belə möcüzən var, Zərifə möcüzəsi!

           Bir də mənə nəsib oldu ki, 2012-ci ilin payızında Zərifə xanımla birgə Moskva şəhərinə Rusiya Federasiyası Səhiyyə nazirliyinin Alternativ İnstitutunun Fəxri adını almaq üçün getdik. Orada onu qarşılamağa gələn çox mötəbər insanları, onun sağaltdığı insaların əllərində gül-çiçək Xanımın pişvazına çıxmalarını görəndə ürəyim qürurla doldu. Sonra hər gün minnətdarlığa gələn şəfa tapan başqa millətlərdən olan insanları gördükcə, bir daha Tanrı möcüzəsi qarşısında aciz qaldım və bir daha Zərifə xanımın qarşısında diz çöküb bizə zəhmətini halal etməsini istədim! Mən Zərifə xanıma can sağlığı arzu edirəm və deyirəm Allah Sizi qorusun, mənim Mələk xanımım!

Sonda mən Zərifəsevər olaraq demək istəyirəm ki, Zərifə xanım bu dünyada silinməz, sökülməz, dağılmaz bir qala qurdu, Zərifə qalası və bu qalanın saysız-hesabsız  ziyarətçiləri oldu və olacaq. Bu qalanı bizə bəxş edən Tanrımız sanki Zərifə xanımı bizə pay olaraq verdi. Zərifə xanım öz xalqı üçün şam kimi yanaraq, şəfəq saçır, o şəfəq ki, hər də saçdıqca insanların qəlbinə, ruhuna nəfəs gəlir, nur gəlir. Nəfəsin qüvvətli, nurun hər zaman bol olsun Zərifə xanım! Bizə bəxş etdiyin ömrün sağlam, xoşbəxt, uzun olsun, Zərifə xanım! Hər zaman, hər an Allah yardımçın olsun! İki balan Tanrımızın zaminində olsun, necə ki, biz sənin zaminindəyik, Zərifə xanım!

Şəmsivari İndira İslam qızı,

1958-ci il, Sumqayıt şəhəri,

30-cu məhəllə, ev 2, mənzil 9

Anamı xalam qızı Zərifə xanımın yanına gətirdi. Xanım baxan kimi həkim dediyi kimi, mədəsində şiş var dedi və məsləhət gördü ki, qoyun yesin, gəzsin, 6 ay - 1 il, nə olar, olar. Lakin mənim göz yaşlarım və yalvarışlarım qarşısında aciz qalan Zərifə xanım onu müalicəyə götürdü. 2 seansdan sonra anamı qucaqlayıb, get ana, səni rüsxətimlə xilas etdim. Həkim 6 ay-1 il demişdi, mən Allahın rizası ilə mənə çətin də olsa, sənin ömrünü uzatdım, dedi. O gündən bu günə anam 9 il yaşadı. Mən Sizin o, möcüzəli əllərinizdən öpür və deyirəm ki, Allah Sizi qorusun, Amin!

Ələkbərov Mətləb Bayram oğlu, 1960,

Ağcabədi rayonu Qaradolaq kəndi

Mənim qızım Mətanət 4 yaşı olarkən bağırsaq keçilməzliyi, qəbizlik xəstəliyinə tutuldu. 6 ay bütün həkimləri gəzdik. Hətta qastroenteroloq ən güclü müalicələri belə təyin etdi. Lakin heç bir köməyi olmadı. Körpəm artıq imalə rezinini, şamları görəndə çığırır, böyük bayıra 5-7 gündən bir böyük əziyyətlə çıxırdı. Birdən gəlinimiz onu Zərifə xanımın yanıya gətirməyi məsləhət gördü. Biz gəldik və yoldaşım heç bir söz demədən, diaqnozu gözlədik. Xanım baxan kimi bağırsağının anadangəlmə uzun olduğunu və soyuğa verildiyini deyərək, evimizin nəm olub-olmamasıyla maraqlandı. Yoldaşım təəccüb qaldı. Çünki onun özünün də boyu 1.90 və anadan gəlmə bağırsağının uzun olduğunu  bilirdik. Evlərimiz də həqiqətən nəmişlikdi. Xanım körpəmi müalicəyə götürdü. Elə ilk gün axşam qızım özü böyük bayıra getdi. Hamımızın sevincdən gözləri yaşardı. O gündən bu günə kimi körpəmin bağırsağı, özü sağlam və biz də xoşbəxtik. Allahıma minnətdaram ki, bizə belə bir payı, Zərifə xanımı verib.

Əliyeva Fidan Rauf qızı, 1987,

Bakı Yeni Günəşli, “D” massivi, ev 20

Mən ailə qurandan sonra 4 dəfə yarımçıq hamıləlik keçirtdim. Hər dəfə bətnimdə körpəm tələf olanda mən yaşamaq istəmirdim. Sonda rəfiqəm məni Zərifə xanımın yanına gətirdi. Zərifə xanım baxan kimi başını yellədi, lakuin mənim göz yaşlarımı görındə dözə bilmədi. Onun üçün əziyyətli olduğunu dedi və müalicəyə götürdü. Qeyd etdi ki, bu mənim birinci və sonuncu övladım olacaq. Çünki uşaqlığımda şişdü və qorxulu şiş, amma mənə söz verdi ki, kömək edəcək. Beləcə 7 ayadək hər ay 3 gün qəbula gəldim. Xanım sonuncu 7-ci ayında dedi ki, sən körpəni keysəriyyə ilə götüzdür, 9 aya saxlama və adını Mədinə qoy. Özü də çoxlu dua etdi. Əməliyyat olundum. Qızım oldu, doğum evinin həkimi və onkoloji mərkəzin həkimi mən ayılandan sonra təəccüblə bir möcüzə olduğunu dedilər. Belə ki, onlar məcbur olub, bütün uşaqlığımı götürmüşdülər. Çünki orada çox böyük şiş, hətta körpədən böyük və körpəmin yamyaşıl suyun içində olduğunu və bu suda onun yaşamasının möcüzə olduğunu mənə bildirdilər. Mən isə dedim ki, bu Zərifə xanımın möcüzəsidir. O gündən bircə qızım Mədinə ilə xoşbəxtəm! Mənə ana olmaq hissini yaşadan Zərifə xanımımız! Daim yaşayın və xoşbəxt olun! Sizi çox-çox sevirik! Sizinlə bütün xalqımız fəxr edir!

Dadaşova Məlahət Mikayıl qızı, Sumqayıt

4 məhəllə, ev 7/9a m.13, 1958-ci il

         Mən 2006-cı ildə çox ağır doğuş keçirtdim və ayaqlarım şişərək “fil ayağı” deyilən bir xəstəlik tapdım. Hansı həkimə, hansı nefroloqa müraciət etdimsə, mənə fil ayağının müalicəsi yoxdur, dedilər. Sonra anam məni vaxtilə anamı xilas etmiş Zərifə xanımın yanına gətirdi və ağlaya-ağlaya “balamı xilas et, deyərək ona yalvardı”. Zərifə xanım: bu ağır xəstəlikdir, -dedi. Lakin anamın yalvarışları qarşısında aciz qaldı və məni qəbul etdi. Elə ilk gündən evdə  qaynanam olduğu üçün fərqi daha tez gördü və sonda mən sağaldım. Ondan 3 il sonra yenə övladım oldu. Çəkisi də ilk övladımdan da artıq 4 kq 500 q, lakin artıq nə əzələm şişdi, nə də fil ayağı  oldum! Bax, belə bir Tanrı möcüzəsi var Azərbaycanda, Zərifə möcüzəsi. Və bu möcüzəni bizə bəxş edən Allahımızdırsa, sağlamlığı da bizə bəxş edən sizsiniz, Zərifə xanım! Allah Sizi bizə çox görməsin! Anam sonra 2013-cü ildə oğlum Sərhəddinin birdən-birə səhhəti pozuldu. Tez yorulur, dərs oxuya bilmir, yemək yemirdi. Həkimləri gəzdik, sonda məlum oldu ki, ləmbilə deyilən qurd balamı zəiflədir. Təcili Zərifə xanımın qəbuluna getdik. Xanım 3 gün müalicə etdi və uşağın tualetini nəzarətdə saxlamağı bizə tapşırdı. Evdə bir neçə gündən sonra yumru bir torbanın düşdüyünün şahidi olduq. O gündən körpəm sağlam və xoşbəxtdir.

Əliyeva Elnarə Rauf qızı,

Bakı, 20-ci sahə, Y.Mürsəlov küçəsi 34, 1984-cü il

Mən Zərifə xanımın möcüzəsini çox görmüşdüm, son dəfə isə bir daha bunun şahidi oldum. 2013-cü ildə çox böyük ağrılarla 2 ay xəstəxanada yatdım. Bütün ağır müalicələri aldım. Lakin xeyiri olmadı. Diaqnoz isə prostat adenoması idi.  Yenidən üz tutdum Zərifə xanımın möcüzəsinə. Müalicənin elə birinci günü yüngüllük hiss etdim, müalicənin sonunda isə tam sağaldım. Artıq 1 ilə yaxındır ki, sanki prostat vəzindən əziyyət çəkən mən deyildim. Çox sağ olun, Zərifə xanım, zəhmətinizi xalqımıza halal edin. Allah Sizi qorusun.

Əliyev Rəşad Oruc oğlu,

1983-cü il, Bakı, Yeni Günəşli ev 20, m.1

Yazan: admin Baxış: 375 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0