GameWin

Mirzeyeva Gunel

        Mən Mirzəyeva Günel Səyyah qızı 1985-ci il 7 sentyabr tarixin də Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşam. 1993-cü ildə köçkün düşmüşük. Biz qaçqın düşdükdən sonra Hacıqabul rayonunun Talış kəndində məskunlaşdıq. 2008-ci il iyunun 12-si ailə həyatı qurdum. 5 ildir övladımız olmurdu. Biz 5 il ərzində hər yerdən tanınmış həkimlərə müraciət etdik. Hansı həkimə gedirdiksə, yoldaşıma cinsi zəiflik diaqnozu qoyurdular. Əlimizdə olan qiymətli əşyalar və pulların hamsı həkimlərə getdi. Biz bir tanışımız vasitəsilə zərifə Mayılovanın yanına gəldik. Biz ilk dəfə yoldaşımla onun yanına gələndə bizi qaranlıq otaqda qarşıladı. Və bizə baxdı. O şəfalı əlləri ilə nurlu gözləri ilə bizə diaqnoz qoydu. Dava-dərmansız bizi müalicə etdi. Bizə dedi ki, 3 seans yanıma gəlib-gedin. Heç bir problem yoxdur. Övladınız olacaq. 3 aydan sonra yanvarın 11-i 2013-cü il onun yanına gələndə mənə baxıb dedi ki, hamiləsən. Mən sevincimi yerə-göyə sığdıra bilmədim. Zərifə xanımın o şəfalı əllərindən öpdüm və çox ağladım. Mən Ulu Tanrıma Zərifə Mayılovanı bizə bəxş etdiyi üçün təşəkkür edirəm. Hal-hazırda övladım 7 aylıqdır. Sentyabr ayında dünyaya gələcək.

        Mən Zərifə Mayılovaya bu hisləri mənə yaşatdığı üçün təşəkkür edirəm. Allah onu bizim üstümüzdən əskik etməsin. Amin!

 

 

                                                                                                     Hörmətlə: Mirzəyeva Günel

                                                                                                     Hacıqabul ray.

                                                                                                     (051) 599-41-43

Yazan: admin Baxış: 373 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0