GameWin

Axundova Rexshende

                                              Bircə seansa xəstəmiz ayağa qalxdı

       Həyat yoldaşım Hamlet Axundovun 53 yaşı var.Kənddə sürücülük məktəbində direktor müavini işləyir. Hündür boylu, iri gövdəlidir.İdmanla məşğul zamanı, ağır çəki daşlarını qaldırarkən onurğasında problem yarandı.Yerindən tərpənə bilmədi.Ayaqları işləmədi.Onu Gəncədəki  2 nömrəli xəstəxanaya apardıq.Müayinə edib dedilər ki, 7-8-ci fəqərənin arasında yırtıq əmələ gəlib, fəqərələr də sürüşüb.Təcili cərrahiyyə əməliyyatı olmalıdır.Tibb işçiləri ağrıkəsici iynə vurub onurğa sütununu o qədər masaj etdilər ki, daha da pisləşdi.90-100kq çəkisi olan kişi ağrıdan uşaq kimi ağlayırdı, çünki tərpətmək mümkün deyildi.

       Qardaşlarım Yunis və Kazımın köməyi ilə Hamleti Bakıya Zərifə xanımın qəbuluna gətirdik.Evdə dimidrol iynə vurduq ki, yolu rahat gedə bilsin.Amma maşın silkələdikcə halı daha da pisləşdi.Sürücü xəstənin vəziyyətin nəzərə alıb maşını yavaş sürdüyü üçün səhər Goranboydan çıxan axşam saat 8-də Zərifə xanımın ocağına çatdıq.Üç kişi Hamleti maşından qucağında ancaq endirdilər.Ağrının dəhşətindən Hamlet sanki bağırırdı.Zərifə xanım 5 dəqiqənin  içində rentgen edib dəqiq diaqnoz qoydu.Həkim dediyini Zərifə xanım da dedi.Zərifə xanım şəfalı əlləri Hamletin onurğa sütununda iki dəqiqə hərəkət etməklə fəqərə arasında burulub qalan sinirləri açdı.Sürüşən fəqərələri yerinə oturtdu.Gecə bizi öz evində saxladı.Yoldaşım Hamlet 10 gün idi ki, yuxu nə olduğunu bilmirdi.O gecə rahatlaşıb yatdı.Zərifə xanım səhərisi gün yenə onu seansa saldı.Hamlet 3-cü gün sərbəst, ağrısız yeridi.Bizim elə maddi  imkanımız yox idi ki, onurğadan əməliyyat keçirək.Həm də qorxuruq ki, axırı necə olar? Həkimlər dedilər ki, bir neçə ay arxası üstə qalmalıdı.Hansı ki, Hamletin ağrısı Zərifə xanımın 1-ci seansında kəsdi.

       Zərifə xanım bizə növbəti sevincimizi yaşatdı.Heyrətlənmədik.Ona görə ki, Zərifə xanımın möcüzələrini illər öncə görmüşük.Qardaşım Rafaeli qaraciyər, oğlu İsmayılov Vasifi isə ağciyər xəstəliyindən birdəfəlik azad etdi.Mən mart ayında 390 şəkərlə Bakıya gəlmişdim.İndi normal gəzə, danışa bilirəmsə bu Zərifə xanım sayəsindədir.Bacım Talıbova Sevda İsmayıl qızı uzun illərdən sonra Zərifə xanımın müalicəsi nəticəsində ana oldu.Taleh elə gətirdi ki, bacımın uşağı Zərifə xanımın ocağında dünyaya gəldi.Biz də bu İlahi vergili xanımın şərəfinə körpənin adını Zərifə qoyduq.Gözəl bir qızdı.Beşinci sinifdə oxuyur.Qohumlarımız, tanışlarımız arasında kim xəstələnirsə Zərifə xanıma müraciət edirlər.Çünki xeyrin nəticəsini görüblər.

        Üç günün içində həyat yoldaşım Hamlet iynə-dərmansız, heç bir əməliyyat olmadan onurğa sütununda fəqərə sürüşməsindən və yırtıqdan azad oldu, şəfa tapdı.Qucağda, sürünə-sürünə gələn Hamlet Zərifə xanımın otağından sərbəst, tam sağlam çıxdı.Özü yeriyib maşına mindi.Evimizə, balalarımızın yanına sevinclə döndük.

       Bu xoşbəxt günü bizə yaşadan akademik Zərifə xanıma dərin təşəkkürümüzü bildiririk.Arzu edirik ki, Zərifə xanım ölkəmizdə tibb sahəsində layiq olduğu yeri versinlər.Onun qədir qiymetini bilsinlər.

                                                                                                      Hörmətlə:  Rəxşəndə Axundova 

                                                                                                      Goranboy ray.,Sadıllı qəs.,İ.Əliyev küç.ev.33

                                                                                                      (050) 524-77-34

Yazan: admin Baxış: 336 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0