GameWin

Eliyeva Hicran

                                    Qızım şikəst olmaq təhlükəsindən qurtardı.

 

       1995-ci ildə ilk övladım dünyaya gəldi.Üç  aylığında Aytəni həkimə apardıq.Yoxlayıb dedilər ki, körpənin iki qılçı da ombadan çıxıb. Şinaya qoydular.Üç gün dayanmadan ağladı.Beyin təzyiqi vardı.Hələ neçə ay belə şinada qalmalıydı.Dava-dərmanını edirdik.Anam Gəncədən zəng edib dedi ki, Zərifə xanım Bakıdadı, uşağı aparın onun qəbuluna.Mən razılaşdım.Eşidən-bilən, həkim qohumlarımız da dedi ki,qız uşağıdı, şikəst olar, həkim müalicəsini kəsməyin.Nə isə, məndə inam yarandı.Aytən 7 aylıq idi.Kəllədaxili təzyiqi üçün rentgen qadın Zərifə xanımın qəbuluna getdik.O, uşağı şinada görəndə açmaq lazımdı dedi.Düzü mən qorxdum.İstəyirdim ki, uşağın başına baxsın.

       Zərifə xanım bizi inandırıb, Aytənin qılçalarından şinanı açdı.Uşağın ombasını yerinə saldı və bağladı.Üç gün onun dediyi qaydada saxladıq.Sonra seansları davam etdi.Uşağın həm qılçaları düzəldi, həm də beyin təzyiqi normallaşdı.

      Aytən 11-ci sinifdə oxuyarkən yenə baş ağrıları oldu. Dedi ana elə bil başıma su yığılıb.Aşağı əyiləndə bunu hiss edirəm.Həm də qızın başında şişlər əmələ gəlmişdi.Bu dəfə də Zərifə xanıma müraciət etdik.Aytən bu ağrıdan da qurtardı.

       İndi yeganə qızım Aytənin 18 yaşı var.Xarici dillər universitetində oxuyur.Biz ziyalı ailədənik.Zərifə xanımın ocağına kor-koranə gəlməmişik.Nəticəsini görüb inanmışıq.Həyat yoldaşım Vaqif, qardaş-bacım, qohumlarımız rentgen Zərifə xanımın əlindən şəfa tapıb.Bu xeyirxah xanım yüzlərlə bizim kimi insanlara sevinc bəxş edib.Zərifə xanım Bakıda olanda mən rahat oluram.

      

 

 

 

 

 

                                                                                                       Hörmətlə: Əliyeva Hicran Bəylər qızı

                                                                                                       Bakı şəh.,Binəqədi r., Stroy Detal küç.2

                                                                                                       (012) 412-26-84

Yazan: admin Baxış: 369 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0