GameWin

Qurbanova Gunel

                                     Bağışlayan və mehriban Allahın adı ilə!

 

Mən Qurbanova Günel, 1982-ci il təvəllüdəm, 31 yaşın içindəyəm. 2007-ci ildə ailə həyatı qurmuşam. Ailəliyimin elə ilk ayında hamilə qalmışdım, amma təəssüf ki, uğursuzluqla nəticələnmişdi. Sonra isə 5 il idi ki, ana olmaq arzusu ilə yaşayırdım. Bu arzu məni Bakının ən bahalı klinikalarını (Optimed, Baku Medical, Ömür və s.), ən tanınmış həkimləri, hətta el arasında “ara həkimi” kimi tanınan həkimləri də gəzdirmişdi. Hər yerə böyük ümidlə gedirdik, amma nəticə olmadıqda məyus olur, stress halları yaşayırdıq. Bahalı iynə-dərmanlar, bahalı proseduralar, hamısı nəticəsiz qalırdı. Nəhayət İrana getməyi qərara aldıq. Onun da bir xeyri olmadı. Artıq dərman adı gələndə, müalicə adı gələndə bütün əsəblərim yerindən oynayırdı. İşin qəribəsi orasında idi ki, heç bir həkim böyük bir problem demirdi. Həm maddi, həm də mənəvi sıxıntılar ailəmi çox yormuşdu.

Əlimi hər yerdən üzmüşdüm. Ümidim ancaq Allahın möcüzəsinə qalmışdı. Çünki dəfələrlə belə hallarda Allahın necə möcüzələr yaratdığının şahidi olmuşam. Və nəhayət o gün mənə qismət oldu. Bir gün mamam (yoldaşımın anası) Allahın izni ilə möcüzələr yaradan insanın varlığından xəbər tutdu. Qonşuluqda bir xanımın qızının 7 ildən sonra o insanın əli ilə hamilə qaldığını öyrənmişdi və ora getməyimizi istədi. Mən mamamı qırmamaq üçün, yoldaşım isə məcbur gedirdi. Qonşu da bizimlə idi, Allah ondan raı olsun, yol boyu mənə o xanımın möcüzəli əllərindən danışırdı. Qapıdan içəri girdiyimdə buranın bir seyyid ocağı olduğunu gördüm. Qəbuluna düşmək üçün böyük növbə var idi. Hərə öz dərdini danışır, neçə-neçə insanın bu ocaqda şəfa tapdığını deyirdi. İnanın ki, elə o anda içimdə bir rahatlıq hissi yarandı. Sanki yanar odun üstünə su tökülmüşdü. Növbəmizi gözləyə-gözləyə Allahı zikr edir və barmağımdakı nişan üzüyümü oynadırdım. Üzüyə baxıb, onun Allahın bizə verəcəyi uşaqdan qiymətli olmadığını bildim və onu bu ocağa nəzir elədim. Nəhayət ki, qəbuluna düşdük. Uşaq üçün gəldiyimizə görə yoldaşımı və məni eyni vaxtda qəbul etdi. İçəri girdikdə onun səhmi, ağır təbiəti, iti baxışları məndə həyəcan hissi yaratdı. Elə bilirdim ki, ürəyimdən keçən hər bir sözü indi mənə deyəcək. İşığı söndürüb bir neçə saniyənin içində bizim diaqnozumuzu qoydu. Halbuki, ən yaxşı klinikalarda belə bir neçə saata, bəzən isə bir neçə günün içində diaqnozun qoyuluşu tamamlanır. Biz heç ağzımızı belə açmamışdıq. O isə sanki bu illər ərzində bizimlə bərabərmiş kimi həkimlərin bizə qoyduğu diaqnozu bir-bir sadaladı. Amma bu diaqnozun yalnış olduğunu, neçə illər aldığım müalicənin səhv olduğunu, hətta əksinə, bu müalicələrin bədənimə vurduğu ciddi fəsadlarını açıqladı. Bu fəsadlar məni qorxutmağa başladı. Heç bir problem olmadığı halda borularımın yuyulması onlarda ciddi zədələr yaratmışdı. Belə ki, borular dərmanla dolu, biri ümumiyyətlə kor olmuş, o birisi isə nisbətən açıq, amma zədəli halda idi. Məni tərəddüdlə, Allaha təvəkkül deyib, öhdəsinə götürdü. “Allaha təvəkkül, görüm nə edirəm.” cümləsi hələ də qulağımda səslənir. Beləliklə, müalicəyə başladıq. Müalicəsi çox ağrısız, 5-10 dəq.-lik masajdan ibarət idi. Amma görünür o əllər heç bir dərmanın, heç bir proseduranın edə bilmədiklərini edirdi. 4 ay müalicəsini qəbul etdim. Bu 4 ayda cəmi 6 dəfə yanına getdim (1-ci ay 3 dəfə, sonra aylar 1 dəfə). Sonra məni buraxdı və bir də uşağa qalanda gəlməyimi bildirdi. 5 aydan sonra hamilə olduğumu bildim. Sevincimi necə izah edəcəyimi bilmirəm. Bu mənim üçün 2-ci həyatın başlanğıcıdı. Bu dəfə hər şeyin yaxşı olacağına inanıram.

Beləliklə, mənim ailəmə 2-ci həyatı bəxş edən o xanımın adı Zərifədir. Adı kimi əməlləri də incədir. Mən ona Allah yolunda nəzir etdiyim üzüyümü təqdim etdikdə, o, bu üzüyü evləndirəcəyi növbəti ehtiyacı olan bir cütlüyün toy hədiyyəsi olacağını söylədi. Mən də həmin cütlüyə Allahdan xoşbəxtlik arzulayıram. Zərifə xanım qeyri-adidir. Sanki Allah ona görə bilən 3-cü bir göz, şəfa verən 3-cü bir əl və duya bilən 6-cı bir hiss qismət etmişdir. Allaha şükür edirəm ki, bizi Zərifə xanımla rastlaşdırdı. Əgər səlahiyyətli şəxslərdən olsaydım Zərifə xanımı “Qızıl Əllər” fərmanı ilə təltif edərdim. İnanın ki, mən tək deyiləm, mənim kimi 1000-lərlə, 10 000-lərlə insan onun əli ilə şəfa tapıb.

Zərifə xanım, sizin qarşısında baş əyirəm. Ailəmiz adından sizə çoxlu təşəkkür edirəm. Göydə Allah, yerdə isə məhz sizin sayənizdə 5il bundan qabaq çıxdığım bir yolun sonuna gəlmək üzərəyəm. Allah sizdən razı olsun və daim yardımçınız olsun. AMİN!!!

 

                                                                                                        Hörmətlə: Qurbanova Günel

                                                                                                        Yeni Günəşli qəs., ev 29, mən. 51, massiv V

                                                                                                        (012) 477-19-16

Yazan: admin Baxış: 400 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0