GameWin

Qurbanova Letife

 

     Mən Lətifə xanım, valideyn olmaq ümidini itirmiş övladlarımıza Uca Allahın rəhmi ilə övladlar bəxş edən Zərifə xanımın qarşısında bütün analar adından diz çökür, onun şəfalı, sehrli, möcüzəli əllərindən öpürəm.

       Əsrlər boyu anaların övladına olan təmənnasız, ülvi məhəbbətindən yazılmış, deyilmiş və belə də davam edilməkdədir. Bu, bütün varlıqlarda (istər insan olsun, istər də heyvan) belədir. Övlada olan məhəbbət, ona olan bağlılıq, hiss və duyğuları ana kimi təsvir edə biləcək ikinci bir varlıq məncə hələ yoxdur. Hətta övladı üçün hər bir ananın özündən qat-qat güclü varlıqlarla mübarizə aparması, düşünmədən ölümə getməsi hamıya məlumdur. Övladının əziyyətini hər bir ana “ana” kimi çəkir, amma əzabını çəkməyi isə heç bir anaya arzulamıram.

        Mənim övladım-oğlum da övlad həsrətiylə qovrulduqca ona baxır, əlimdən heç nə gəlmədiyi üçün ürəyimdən qan əvəzinə irin axır, bütün varlığımı çürüdürdü. Gəlinimin, oğlumun gözlərindəki həsrət, ümidsizlik məni şam kimi əridirdi. Odsuz-alovsuz yanır, səhərin nə vaxt açılıb, axşamın nə vaxt düşdüyünü hiss etmirdim. Hər yerdən əlim üzülmüşdü. 5 il boyu ən öndə gedən klinikalarda olub, ən məhşur həkimlərə oğlumu və gəlinimi müayinə və müalicə etdirmişdim. 2 dəfə İrana göndərmişdim. Hərə bir diaqnozla müalicə edirdi. Heç bir nəticə görmədik. Bir gün qonşum, Həqiqət xanım 7 il övladı olmayan qızının ilahi qüvvəyə malik bir xanımın köməyi ilə ana olmağa hazırlaşdığını dedi və bizi onun yanına apardı.

        Bu mələk simalı qadın ilk görüşdəcə məlahətli, amiranə səsiylə, mənalı, bütün varlığıma təsir edən gözləriylə beynimdə, ürəyimdə ümid işığı yandırdı. Fasiləsiz reklamlarla yayımlanan klinikaların diaqnozlarının üstündən xətt çəkdi. Oğlumun tam sağlam olduğunu, gəlinimin isə düzgün olmayan müalicədən əzab çəkdiyini dedi. Az qala çürüməkdə olan uşaqlıq borularını bir neçə seansa tam bərpa etdi. İndi gəlinim ana olmağa hazırlaşır. Son ümidimiz, son pənahımız, Seyyidə xanımın səbəbkarlığı ilə bir ailəyə də sevinc, səadət gəldi.

        Nə qədər ömrüm var, sizə minnətdaram Zərifə xanım! Allah sizi sağ-salamat edib millətimizə, elimizə çox görməsin, sizi və ailənizi öz rəhmində saxlasın! AMİN!!!

                                                                                            Hörmətlə:   Qurbanova Lətifə

                                                                                    Yeni Günəşli qəsəbəsi ev 29, mənzil 51 massiv V

                                                                                    Tel: (012)447-19-16

Yazan: admin Baxış: 354 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0