GameWin

Ələkbərov Asif

TƏƏCCÜBDƏN DONUB QALMIŞDIM

 

Həyatda qarşılaşacağım enişli-yoxuşlu yollar haqqında böyüklərdən eşitsəm də bunun nə demək olduğunu dərk etmirdim. Belə bir çətin yolçuluq mənim də qismətimə düşdü. Həyatın sərt üzü ilə qarşılaşdım. Ağır xəstələndim. Onikibarmaq bağırsağımda yara var idi. Neçə-neçə həkimə mütaciət etdimsə də heç bir xeyiri olmadı. Nəticədə o vəziyyətə düşdüm ki, daha ayağa qalxa bilmədim. Dərdimə əlac tapılmırdı. Yer xəstəsi olmuşdum. Kəskin sancılardan ağlımı itirmək dərəcəsinə çatmışdım.

Bir gün qohumlarım Zərifə xanım haqqında eşidib, məni qucaqlarında  bu xeyirxah təbibin yanına gətirdilər. 

Şəfa pərisi qaranlıq otaqda 3 metr məsafədən qısa müddətdə daxili orqanlarımın vəziyyətini ətraflı söyləyərək, dəqiq diaqnozu təyin etdi - onikibarmaq bağırsaqda yara. Başa düşdüm ki, illərlə aldığım dərmanların, həkimlərin müalicəsinin heç bir faydası olmayıb, bu xəstəlikdən azad olmamışam. 

Təəccübdən donub qalmışdım. Müasir dövrdə elə bir aparat yoxdur ki, bir neçə saniyə ərzində daxili orqanlardakı xəstəliyi dəqiq göstərsin. Lakin bu Zərifə xanımda vardır. Məni müayinə etdikdən sonra üç gün müalicə təyin etdi. İndi sağalmışam, özümü çox yaxşı hiss edirəm. 

Əvvəllər yeriyə bilmirdim. İndi artıq sərbəst gəzirəm. Heç bir dərmandan istifadə etmədən, şəfalı əlləri ilə məni müalicə edən Zərifə xanım İlahi tərəfindən bizim xalqa verilən ən böyük töhfədir. 

Mən səlahiyyətli şəxslərdən xahiş edirəm ki, Zərifə xanıma layiq olan qiyməti versinlər. O mənim kimi milyonlarla insana sağlamlıq bəxş etməyə qadirdir. Nə üçün biz Azərbaycanda yaşayarkən Zərifə xanım haqqında burada müalicə olunub şəfa tapmış insanlardan xəbər tuturuq? Olmaz ki, gündən-günə gözəlləşən Bakımızda özəl klinikaların sayı artdığı bir vaxtda, Zərifə xanımın adını daşıyan şəfa mərkəzi yaradılsın? Canlı şahidəm ki, bu klinikaların çoxunda müalicə olunsam da mənim kimi xəstəni sağalda bilmədilər. Halbuki Zərifə xanimin etdiyi 3 seans müalicədən sonra tamamilə sağaldım. Sanki məndə heç belə xəstəlik olmamışdı. Bu həqiqətə niyə göz yummalıyıq?  

Mən alimlərimizdən xahiş edirəm, Zərifə xanıma layiq olduğu qiyməti versinlər. Şəfa mələyi Nobel mükafatına layiq azərbaycanlı təbibdir!

Mən və ailə üzvlərim Zərifə xanıma təşəkkür edir, ona can sağlığı, uzun ömür arzu edirik. 

Ələkbərov Asif Tofiq oğlu,

 Samux rayonu, Səfərəliyev qəsəbəsi.

Yazan: admin Baxış: 370 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0