GameWin

Əliyev Tərlan

HEÇ BİR NƏTİCƏSI OLMURDU

 

Hamı böyrəyin orqanizm üçün nə qədər  önəmli olduğunu bilir. Danılmaz faktdır ki, müasir elmi nəzəriyyələrin heç biri böyrəkdə daşların əmələgəlmə mexanizmi və səbəblərini izah edə bilməyərək, bu mövzu hələ də müasir urologiyanın çətin problemlərindən biri olaraq qalmaqdadır. 3 il idi ki, böyrək xəstəliyindən əziyyət çəkirdim. Dəfələrlə xəstəxanalarda müalicə alsam da heç bir nəticəsi olmurdu. Həkimlər tərəfindən təyin edilən müalicə kursları məni haldan salır, xəstəliyim gündən-günə şiddətlənirdi. Nəhayət, ən pisi bu oldu ki, böyrəklərimdə duzlaşma baş verdi. Böyrəyim xəstə olduğu üçün qan təzyiqindən də əziyyət çəkir, gündən-günə zəifləyir, halım pisləşirdi. Axı, böyrəklər arterial təzyiqin normada saxlanmasında böyuk rol oynayır.

 Vəziyyətim getdikcə ağırlaşırdı. Sağalacağıma ümidimi tamamilə itirmişdim.

 Zərifə xanım haqqında qəzetdə bir məqalə oxumuşdum. Ancaq nədənsə tərəddüd edirdim. Fikirləşirdim ki, məşhur həkimlər sağalda bilmədiyi xəstəliklər dərmansız necə müalicə oluna bilər? Axır ki, Zərifə xanıma müraciət etmək qərarına gəldim. Doğrusu onun bu qədər böyük istedad sahibi olduğunu və çox qısa bir müddətdə məni sağaldacağını təsəvvür etmirdim. Cəmi üç seansdan sonra itirilmiş sağlamlığım bərpa olundu. Tamamilə yaxşılaşdım. Analizlərin nəticəsinə baxdıqda gözlərimə inana bilmirdim. Böyrəklərimdəki duz və daşlar tamamilə ərimişdi.

 Mən səlahiyyətli şəxslərdən xəstələrin böyrəyindəki duz və daşları möcüzəli əlləri ilə sağaldan Zərifə xanıma lazımi şərait yaratmalarını xahiş edirəm. Axı o, mənim kimi neçə-neçə xəstəyə lazımdır. Hər bir xəstənin sağalması, həmin evin ocağının yanması deməkdir. 

 Mən Allahdan insanlara sağlamlıq bəxş edən bu xeyirxah qadına cansağlığı arzu edirəm!

 

Tərlan Əliyev,

Bakı şəhəri. 

 

 

 

Yazan: admin Baxış: 346 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0