GameWin

Əliyeva Zümrüd

SƏHV MÜALİCƏ

 

Həkimlərin səhv müalicəsi bütün həyatımı alt-üst etmişdi. Sağlam olduğum halda mənə qoyulan diaqnoz, verilən dərmanlar, vurulan iynələr övlad sevincimin üstündən qara xətt çəkmişdi.  

Ailə qurduğum 7 il ərzində nə qədər həkimə gedib müalicə alsam da, xəstəxanalarda müalicə olunsam da övladım olmurdu. Həkimlər sonda dedilər ki, sənin övladın olmayacaq. Vicdanları sakit olan bu insanlar fikirləşmirdilər ki, biz bu ailəni məhv edirik. Kəskin stress keçirdirdim. İllər ərzində aldığım müalicələr, keçirdiyim əsəb sarsıntıları məni əldən salmışdı. Ümidimi tamamilə üzmüşdüm.  

Ancaq Allaha dua edirdim. Güclü inam məni yaşadırdı. Bir gün rəfiqələrimdən biri məsləhət gördü ki, Zərifə adlı xanım var, gözləri rentgendən də güclüdür, minlərlə ailəyə övlad bəxş edib. Sən də onun yanına get. 

Rəfiqəmin məsləhəti ilə yoldaşımla Zərifə xanımın qəbuluna getdik. Mən onun qəbulunda olduqda, sanki möcüzəli yerə düşmüşdüm. Gözləmə otağında oturub növbə gözləyirdim. 

Bizim növbəmiz çatdı. Otağa daxil olduq. Zərifə xanım bizi müayinə etdi. Yoldaşımın müalicəyə heç ehtiyacı olmadığını, məndə isə xəstəliyimin qorxulu olmadığını, ancaq həkimlərin məni səhv müalicə etdiyini  bildirdi. İllərlə uşaq həsrətiylə gedib müalicə aldığım xəstəxanalar, həkimlər, çəkdiyim xərclər nəticəsində səhv müalicənin qurbanı olmuşdum.  

Zərifə xanım cəmi 3 dəfə müalicə etdikdən sonra hamilə oldum. Uşaq dünyaya gəldi, oğlan oldu. Ailəmizə övlad sevinci yaşadan Zərifə xanıma ömrüm boyu minnətdarıq.

Mən tez-tez Zərifə xanımın yanına gəlirəm. O mənim qaraciyər, baş ağrısı və digər xəstəlikərimi də müalicə edərək, məni sağlamlığıma qovuşdurub.

Mən üzümü elm adamlarına tutub deyirəm ki, Zərifə xanımın qədrini bilmək lazımdır. Artıq “Zərifə şəfa mərkəzi”nin bünövrəsini qoymaq vaxtıdır! İlahi vergili şəfa mələyinə lazımi şərait yaradılmalıdır! 

Zümrüd Əliyeva, 

Bakı şəhəri.

Yazan: admin Baxış: 366 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0