GameWin

Haşımova Gülarə

İLAHİ VERGİLİ ZƏRİFƏ XANIM

 

Övlad sahibi olmaq hər bir valideynin müqəddəs arzusudur. Lakin bu arzu bizə nəsib olmurdu. 7 il idi ki, evlənmişdik. Övlad üzünə həsrət qalmışdıq. Ayrı-ayrı həkimlərə müraciət edib, müxtəlif analiz və müayinələrdən keçdikdən sonra da bunun səbəbi aşkar olunmamış qalırdı. Müalicə alsaq da, heç bir nəticəsi olmurdu. 

Həkimlər xəstəliyimin diaqnozunu təyin etdikdə, ən müasir və dəqiq diaqnostik vasitələrdən istifadə edirdilər. Bilirik ki, düzgün diaqnoz effektli müalicənin təminatıdır. Lakin özümüz də bilmədən, mənə və yoldaşıma qoyulan səhv diaqnoz sağlamlığımızı məhv etmişdi. Həyata ümüdimizi itirmişdik. Uşaq görəndə həsrətlə baxırdıq. Ancaq əlimizdən heç nə gəlmirdi. Beləcə illər bir-birini əvəz edirdi. Nəhayət hər ikimiz üçün ağır da olsa ayrılmaq qərarına gəlmişdik.

Bir gün bacım məsləhət gördü ki, Zərifə xanıma müraciət edim. 

Zərifə xanım gülər üzlə bizi qarşılayaraq məni və yoldaşımı müayinə etdi. Məsləhət gördü ki, hər ikimiz 3 seans müalicə götürək. Biz müalicəyə gəldik. Bu müddət ərzində Zərifə xanımın qəbuluna gələn yüzlərlə qadının onun müalicəsindən sonra ana olduğunu öyrəndik. İki aydan sonra övladımız dünyaya gəldi. 

Uzun illər həkimlərin səhv diaqnozu ömrümüzdən 7 il alaraq, dəyərli vaxtımızın itməsinə, vəziyyətimin ağırlaşmasına, məndə fiziki və psixoloji sarsıntılara səbəb olmuşdu. Səhv diaqnoz  nəinki sağlamlığımı, hətta həyatımı da təhlükə altına salmışdı. Ailəmiz dağılmaq ərəfəsində idi. 

İnanıram ki, vaxt gələcək, “Zərifə şəfa mərkəzi” yaradılacaqdır! Mənim ailəmə xöşbəxtlik bəxş edən, ailə yuvamı qoruyan  bu İlahi vergili, xeyirxah, imkansızlara əl tutan Zərifə xanıma dərin minnətdarlığımı bildirərək, ona can sağlığı arzulayıram. Üzümü xalqımıza tutaraq deyirəm ki, şəfa mələyinin qədrini bilməliyik!

Haşımova Gülarə, 

Pirallahı qəsəbəsi.

Yazan: admin Baxış: 338 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0