GameWin

Həsənov İsmayıl

MÖZÜZƏLƏRİNƏ HEYRANAM, BACIM

 

 Həyatda ən şirin nemət can sağlığıdır. Bu sözləri hələ kiçik yaşlarımızdan eşitsək də yenə də sağlamlığımıza lazımi diqqət etmir, qəflətən xəstəliklə üzləşəndə çaşıb qalırıq. Ürəyimdə az-az sancılar olurdu, fikir vermirdim ki, keçib gedər. Ancaq ağrılar getdikcə artmağa başladı. 

Həkimə müraciət etdim. Müalicə yazdı. Beləliklə, həyatımı dözülməz edən ürək xəstəliyindən əziyyət çəkməyə başladım. Həkimlərin müalicələri, içdiyim dərmanların heç bir köməyi olmurdu. Vəziyyətim gündən-günə ağırlaşırdı. Bütün ümidimi itirmişdim. 

Bir gün qəzetdə Zərifə xanım haqqında məqalə oxudum. Zərifə xanımın adını tanışlardan da eşitmişdim. Qərara aldım ki, son ümid olaraq onun yanına gedım. 

Səhərisi gün qəbul otağına daxil olduqda, orada olan insanların söhbətlərini eşitdikdən sonra illərlə həkimlərdə keçirdiym günlərimə heyfim gəldi. Fikirləşdim ki, itirdiyim bu illər həkimlərin səhv müalicələri sağlamlığımı əlimdən alıbdı. 

Nəhayət mən də Zərifə xanımın qəbuluna düşdüm. Qısa vaxt ərzində məni müayinə edən Zərifə xanım sonradan 3 seans ərzində məni ağır xəstəlikdən, yuxusuz gecələrdən xilas etdi. Vəziyyətim getdikcə yaxşlıaşır, ürəyimdə ağrı hiss etmirdim. Halbuki əvvəllər ürəyimin sancılarından sərbəst hərəkət edə bilmirdim. Nurlu gözləri, şəfalı əlləri ilə məni yenidən ailəmə qaytardı şəfa mələyi. İndi artıq gecələr rahat yatıram. Bu gün son dəfə Zərifə xanımın müayinəsindən keçdim. Özümü çox  yaxşı hiss edirəm.

Tanınmış alimlərdən, təcrübəli həkimlərə üzümü tutub deyirəm ki, Zərifə xanımın qədrini bilib, ona düzgün qiymət versinlər. Necə ki, biz sağalmaz xəstəliklərdən şəfa tapan xəstələr şəfa pərisinin mözüzələrinə heyranıq.

İlahi nurlu gözləri ilə dəqiq diaqnoz qoyub, qaranlıqda insanın daxilini görən Zərifə xanıma ailəm adından minnətdarlığımı bildirirəm. 

Allah onu bizə çox görməsin. Yaradanımız ona həmişə dayaq olsun. Ömrün uzun olsun, Zərifə xanım! 

Həsənov İsmayıl Mahmud oğlu,

Gəncə şəhəri.

 

Yazan: admin Baxış: 380 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0