GameWin

Hüseynov Mübariz

BU, MÖCÜZƏ İDİ

 

Qəflətən böyrəklərimdən şiddətli, dözülməz ağrılar tutdu. Səhər tezdən xəstəxanaya getdim. “USM” aparatından keçdikdən sonra aparatın cavabını həkimə göstərdim. Böyrəklərimdə daş olduğunu, təcili əməliyyat olunmalı olduğumu bildirdilər. Hətta mənə əməliyyatın məbləğini də bildirdilər. Mən də  məcburiyyət qarşısında razı oldum. Ağrılara dözə bilmirdim. 

Evə qayıdarkən yol boyu Allaha yalvararaq dua edirdm. Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Qurani-Kərimdə insanlara çox yaxın olduğunu, ona dua edənin duasını qəbul edəcəyini bildirir. Allah Quranda belə bildirmişdir: “Bəndələrim məni səndən soruşduqda söylə ki, mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib, mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” ("Bəqərə" surəsi, 186) 

Tanrı səsimi eşidərək, məni naümüd qoymadı. Qohumlarımdan biri xəstəliyimi eşidib bizə gəlmişdi. Mən ona həkimlə olan söhbətimi danışdım. Qohumumuz dedi ki, həkimə getmə, gəl səni Zərifə xanımın qəbuluna aparım o, səni sağaldacaq.

 Mən onunla Zərifə xanımın yanına getdim. Xanım məni müayinə edərkən “USM” aparatının qoyduğu diaqnozu qaranlıq otaqda, qısa müddət ərzində söylədi. Qısa müddət ərzində məni müalicə etməklə böyrəklərimi daşlardan təmizlədi. 

 Müalicədən on beş gün sonra həkimə müraciət edərək, təkrar aparatdan keçdim - daşlar tamamilə tökülmüşdü. Həkimlər təəccübdən donub qalmışdılar. Bu, möcüzə idi. 

 Mən istəyirəm ki, mənə belə bir xoşbəxtliyi, sağlamlığı bəxş edən Zərifə xanımın müasir Səfa mərkəzi olsun ki, bizim kimi xəstələr də orada müalicə alıb sağlamlıqlarına qovuşsunlar. Mən Zərifə xanımın qarşısında baş əyirəm. Allah onu Azərbaycan xalqının başının üstündən əskik etməsin!

 

Hüseynov Mübariz Kamal oğlu,

Zabrat qəsəbəsi.

 

Yazan: admin Baxış: 382 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0