GameWin

Kəsəmənova Sədaqət

ZƏRİFƏ ŞƏFA MƏRKƏZİ

Uzun müddət idi ki, baş ağrılarından əziyyət çəkirdim. Dəfələrlə həkimlərə müraciət edib, müalicə alsam da heç bir xeyiri olmurdu. Ağrılarım gündən-günə şiddətlənirdi. Zərifə xanım haqqında jurnalda oxumuşdum. Ancaq bir az tərəddüd edirdim. Ağrılarımın kəskinləşdiyi bir vaxtda onun qəbuluna getdim. Bu qədər vaxt itirdiyimə görə özümü qınayırdım. Mən gərək ağrılarım başlayan kimi Zərifə xanıma müraciət edəydim. 

Qaranlıq otaqda, təxminən 3 metr məsafədən gözləri ilə məni müayinə edən Zərifə xanım bildirdi ki,  həkimlər sənə səhv diaqnoz qoyublar. Səndə sinir sıxılmasıdır. 2 seans müalicədən sonra ağrılarım tamamilə çəkildi. Bu möcüzəyə heyran qalmışdım. 

İnandım ki, Allah Zərifə xanımı biz insanlara loğman göndərib. Onun qədrini bilməliyik. Həmin an bizim milləti dünyanın ən xöşbəxt milləti saydım. Çünki Zərifə xanım kimi fenomenimiz var. Biz onunla fəxr edirik. 

Mən bütün qohumlarımı, tanışlarımı Zərifə xanımın yanına aparmışam. Onlar da mənim kimi neçə-neçə sağalmaz xəstəliklərdən Allahın köməkliyi ilə bu möcüzəli xanım şəfalı əlləri sayəsində qurtulublar. Çünki Zərifə xanımın qoyduğu diaqnozlar 100 faiz düz çıxır. Etiraf etməliyik ki, bugünki “USM” aparatları və digər aparatlar onun kimi dəqiq diaqnoz qoya bilmir.

Mən səlahiyyətli şəxslərdən Zərifə xanıma layiq olduğu diqqətin göstərilməsini, ona insanları müalicə etmək üçün lazım olan şəraitin yaradılmasını xahiş edirəm. 

Əgər “Zərifə şəfa mərkəzi” yaradılarsa, mənim kimi milyonlarla insan müalicəsi mümkün olmayan xəstəliklərdən Zərifə xanımın şəfalı əlləri ilə sağalaraq, ailələrinin sevinc çırağını yandırarlar. 

Hörmətlə,

Sədaqət Kəsəmənova, 

                                                           Bakı şəhəri, Hidayətzadə küçəsi.

Yazan: admin Baxış: 366 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0