GameWin

Qazıyeva Gülarə

ƏVƏZEDİLMƏZ İNSAN

 

Mən möcüzəli insanlar haqqında çox eşitsəm dəancaq həyatda onlarla rastlaşmamışdım. Allahın köməkliyi ilə Zərifə xanımla qarşılaşaraq, belə bir möcüzə sahibi ilə tanış oldum. 

İnsan yaşa dolduqca sağlamlığın nə demək olduğunu daha gözəl anlayır desəm, yəqin ki, yanılmaram.  Bədənimdə ağrılar olduğu üçün həkimə müraciət etdim. “USM” aparatında öd kisəmdə daş olduğu aşkarlandı. Mən bir ay müalicə olundum, ancaq heç bir nəticəsi olmadı. Həkimlər məsləhət gördü ki, daşlar böyükdür, ona görə təcili əməliyyat olunmalısınız. 

Bir müddət keçəndən sonra bacım Fəridə xanım mənə Zərifə xanıma müraciət etməyi məsləhət gördü. Oğlum həkimdir, o xanımın müalicəsinə bir az şübhə ilə yanaşaraq, təcili əməliyyat olunmalısan, dedi. 

Ancaq mən bacımın dediyi kimi də etdim. Zərifə xanımın qəbuluna getdim. Qaranlıq otaqda mənə baxaraq, o da ödümdə daş olduğunu söylədi. Zərifə xanım həyəcan içində olduğumu görüb məni sakitləşdirdi. Dedi ki, narahat olma, sənin xəstəliyini tam müalicə edib sağaldacağam. Xanım məni müalicə etməyə başladı. Vəziyyətim getdikcə yaxşılaşırdı. 3-cü seansdan sonra xəstəliyim tamam sağaldı. “USM” aparatında yenidən yoxlandıqda həkimlər təəccüb içində qalmışdılar. Zərifə xanımın şəfalı əlləri sayəsində ödümdəki daşlar sanki yoxa çıxmışdı. Bacım Fəridə xanıma məni Zərifə xanımla tanış etdiyi üçün minnətdaram. 

Artıq illərdir ki, mən və ailəmiz həkimə müraciət etməmişik. Nəinki ailəmiz, hətta qohumlarımız da xəstələndikdə, ancaq Zərifə bacıma müraciət edirik. Pənahımıza, ümidimizə çevrilən şəfa mələyi böyrəklərimdəki kristallaşmanı, az qala xərçəng xəstəliyinə çevriləcək zobu, yıxılaraq zədələdiyim dizimi müalicə edibdir. Bu hadisələrdən sonra həkim oğlum da xanımın şəfaverici qüdrətinə inandı. 

Allah Zərifə xanımı biz insanları sağalmaz xəstəliklərdən qurtarmaq üçün göndərib. Bizim qohumlardan çoxunu Zərifə xanım müalicə edib, hamı da şəfa tapıb. O, əvəzedilməz insandır. Dəfələrlə şahidi olmuşam ki, bu xeyirxah insan imkansız xəstələri təmənnasız müalicə edir. 

Allah onun ömrünu uzun etsin. Onun yaşaması milyonlarla insanın yaşaması deməkdir. Tanrı bizi sevib ki, belə bir mələyi bizlərə bəxş edib. Allah onun şəfalı əllərini bizim üçün qorusun! 

 

                                        Qazıyeva Gülarə Fazil qızı,

Bakı ş., Mehmandarov küç., 72, ev 70,

tel: (579 72 63)

Yazan: admin Baxış: 373 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0