GameWin

Quliyeva Sevda

ŞƏFA OCAĞI

Zərifə xanımın şəfa ocağından, nurundan şəfa tapan minlərdən biriyəm, - desəm yanılmaram. Ödümdə olan daş və qumlar uzun illər idi ki, məni incidirdi. Ağrılar dözülməz həddə çatmışdı. Öd kisəsində və öd kisəsi divarının iltihablaşmasından əziyyət çəkirdim.

Sağ qabırğaaltı və qarınüstü nahiyəmdə ağrılar başladı. Ağrılar kürəkarası və sağ körpücüküstü nahiyəyə, hətta sağ qoluma da yayılırdı.  

Həkimə müraciət etdim. Məni aparata göndərdi. “USM” aparatından keçdikdən sonra məlum oldu ki, öd kisəsində daşlar əmələ gələrək, iltihaba səbəb olub. Müalicə olunmağa başladım. Dərmanlara nə qədər pul xərclədim. Ancaq daşlardan azad oluna bilmirdim. Aldığım müalicələr heç bir nəticə vermirdi. 

Qonşum bir gün dedi ki, qohumumuz da sənin kimi ödündən əziyyət çəkirdi, Zərifə xanımım müalicəsindən sonra sağalıb. Qonşudan ünvanı alıb ümidlə Zərifə xanımın qəbuluna getdim. İçəri girəndə rübənd arxasında mənalı, mehriban baxışlı gözlərlə qarşılaşdım. 

Ani sürətlə xəstəliyimi təyin etdi. Cəmi 3 seansdan sonra şəfalı əllərlə dərmansız müalicə edilmənin canlı şahidi oldum. Bütün ağrı və narahatlıqlarım yoxa çıxdı. Anladım ki, dərmansız aparılan müalicələrdə Zərifə xanımın baxışı, nəfəsi və əlləri kömək edir. Sonra “USM” aparatından keçdim. Cavabı həkimə göstərdikdə inana bilmirdi. Deyirdi ki, böyük ölçüdə olan daşlar necə əriyib yox ola bilər? Mən ona Zərifə xanımın şəfalı əllərindən, nurlu baxışlarından danışdıqda, “o, fenomendir”- dedi. Mən həkimlərimizi Zərifə xanımla əməkdaşlıq etməyə çağırıram. 

Şübhəsiz ki, biz xəstələrin ən böyük arzusu olan “Zərifə şəfa mərkəzi” yaradılarsa, milyonlarla xəstə istər ölkəmizdən, istərsə də dünyadan bu xeyirxah insanın qəbuluna gələrək şəfa taparlar.

Həyatın ən gözəl neməti olan can sağlığını mənə Zərifə xanım vasitəsilə bəxş edən Ulu Tanrıya minnətdaram. Ulu Tanrıdan Zərifə xanıma can sağlığı arzulayıram.

Quliyeva Sevda, 

Gəncə şəhəri.

Yazan: admin Baxış: 336 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0