GameWin

Səfərəliyev Mehdi

MƏLƏK SİMALI ZƏRİFƏ XANIM

 

Son zamanlar baş  ağrısından əziyyət çəkirdim.  Fikirləşirdim ki, adi ağrıdır, keçib gedər. Sonra bildim ki çox zaman adi  görünən bu xəstəlik özündə ağır bir xəstəliyi gizlədə bilirmiş. Uzun illərdir ki, qan təzyiqindən əziyyət çəkirdim. Nə qədər müalicə etdirsəm də heç bir xeyiri yox idi. Qan təzyiqi yüksələn zaman bir başəmın ənsə və təpə nahiyəsində baş ağrılar başlayır, başım hərlənir, burnumdan qan axırdı. Aldığım müalicənin  heç bir nəticəsi olmurdu. Sonra başa düşdüm ki, bu dərmanları qəbul etdikcə,  gündən-günə sağlamlığımı itirir, başqa orqanlarım da ağrıyırdı. Baş ağrılarından bir dəqiqə rahatlığım yox idi. 

Hipertoniya nəticəsındə ürəyim, beynim, böyrəyim, gözüm də ağrımağa başlamışdı. Adi hesab etdiyim qan təzyiqinin yüksəlməsi həyatım üçün təhlükəli fəsadlara səbəb olmağa başladı. Yüksək qan təzyiqi nəticəsində ürəyim daha tez-tez döyünürdü ki, bu da ürək əzələsinin hipertrofiyası ilə nəticələnirdi.  Bildiyimiz kimi, hipertrofiya öz-özlüyündə bir aritmiya və ani ölüm deməkdir.

Zərifə xanım haqqında televiziyada verilişə baxdım. Qərara aldım ki, onun yanına gedim. Səhər tezdən durub gəldim Zərifə xanımın qəbuluna. O məni qaranlıq otaqda bir neçə saniyə ərzində müayinə edərək bildirdi ki, təzyiq böyrəklərindəndir. Böyrəklərində duz var. Mən səni müalicə edəcəyəm. Sevincimin həddi-hüdudu yox idi. Axır ki, təzyiqimin səbəbi tapılmışdı. 

Mələk simalı Zərifə xanım məni şəfalı əlləri ilə müalicə edərək, 3 seansa böyrəyimdəki duzlarla birlikdə baş ağrılarıma da son qoydu. İndi özümü çox yaxşı hiss edirəm. Mən ömrüm boyu ona duaçıyam. 

Arzu edirəm ki, gözəl Bakımızda “Zərifə şəfa mərkəzi” yaradılsın. Nəinki Azərbaycan xalqı, eyni zamanda bütün dünya xalqları Zərifə xanımın səfalı əlləri və nurlu gözləri ilə müalicə alaraq sağalmaz xəstəliklərdən azad olsunlar.

Azərbaycan xalqının qeyrətli qızı Zərifə xanıma Allahdan uzun ömür arzulayıram!

 

Səfərəliyev Mehdi Səfər oğlu,

Bakı şəhəri.

Yazan: admin Baxış: 404 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0