GameWin

Tağıyeva Tünzalə

NADİR İNCİ

 

Qarın nahiyəmin yuxarı hissəsində küt ağrılar vardı. Fikirləşirdim ki, yəqin soyuqlamışam. Ancaq ağrı həm gündüz, həm də gecələr olurdu. Qida və ya dərman qəbulundan sonra 30-40 dəqiqə ərzində dayanır, bir neçə saat sonra isə ağrı yenidən baş qaldırırdı. Ürəyim bulanır, mədəmdə ağırlıq, göynəmə halları artır, iştaham azalırdı. Ağrıların daha da güclənməsindən ehtiyat edərək, yemək yemir, çəkim də ki, gündən-günə azalırdı. 

Həkimə müraciət etdim. “USM”-də yoxlanıldıqdan sonra mədəmdə 12 yara olduğu aşkarlandı. Müalicə alsam da heç bir köməyi olmurdu. Dəhşətli vəziyyət keçirirdim. Ümidimi təkcə Allaha bağlamışdım.

Rəfiqəm mənə rentgen Zərifə xanımın möcüzələrindən danışıb, onun yanına getməyi məsləhət gördü. Mən həkimlərin müalicəsini yarımçıq qoyub, Zərifə xanımın qəbuluna gəldim. 

Sirli baxışları və gözlərinin rentgenəbənzər şüaları ilə mənə diaqmoz qoyub, şəfalı əlləri ilə müalicəyə başladı. Qısa müddət ərzində sağaldım. 

Artıq 6 ildir ki, mən Zərifə xanımın yanına gəlirəm. O, qohumlarımızı da öd, qan dövranı və qadın xəstəliklərindən müalicə edib. Elə olub ki, heç haram ağrımayıb, gəlmişəm onun yanına. Sanki ruhu sakitləşdirən, mənəvi qidadır Zərifə xanım. Bu yaxınlarda ailə dostumuzu xərçəng xəstəliyindən müalicə edib həyata qaytarmış, ölümün pəncəsindən almışdı. 

Zərifə xanımın əlindən şəfa tapan bütün qohumlar adından alimlərimizə, həkimlərimizə bu həqiqətə düzgün qiymət verməyə, Zərifə fenomenini bütün dünyaya tanıtdırmağa çağırıram. Allahın bizim xalqa bəxş etdiyi bu nadir incinin qədrini bilmək hər bir azərbaycanlının müqəddəs borcudur!

 

Tağıyeva Tünzalə,

 Bakı  şəhəri.

Yazan: admin Baxış: 391 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0