GameWin

Eliyeva Ezize

                                             Zərifə xanım köməksizə arxadır

 

       Uşaq saxlamaq, övlad tərbiyə etmək heç də asand iş deyil.Gərək çalışasan ki, o, sağlam və cəmiyyətə yararlı bir insan olsun.

       Bütün analar kimi mən də övladlarımın üstündə çox əziyyətlər çəkmişəm.İndi nəvələrimin qayğılarına qalıram.

       Gəlinim Sevinc Əliyeva boydan balaca və arıq bədənlidir.Hamilə olanda həkimə yoxlamalara aparmamışıq.Doğum zamanı həkimlər təkid etdilər ki, bu xanm özü yata bilməyəcək.Niyə vaxtında bizə müraciət etməmisiniz.Uşaq keysəriyyə yolu ilə götürülməlidi.Mən qəti etiraz etdim.Dedim o uşaq rentgen qadın Zərifə xanım müalicəsi ilə qalıb.Ona heçnə olmaz.Mənim gəlnimi əməliyyat etməyin, o özü doğacaq.Mən son ana kimi bu fikrimdə qaldım.Çünki mənim böyük gəlnim Zemfira da Zərifə xanımın xəstəsi olmuşdu.Onu da əməliyyat olunmağa qoymadım.Həkimlər Zemfiranın üç uşağını düşəcək adı ilə tələf etmişdilər.Və demişdilər ki, bundan sonra çətin ki, uşağın olsun.O gəlinimə də Zərifə xanım kömək etdi.İndi Zemfiranın 3 övladı var.

       Sevinc gəlinim də uşağını maneəsiz, əməliyyat edilmədən dünyaya gətirdi.Mən xəstəxanada həkimlərə Zərifə xanımın adını deyəndə onlardan bir kişi həkim Zərifə xanımı tanıdığını söylədi.Haqqında xoş sözlər dedi.İndi ki, bu gəlin Zərifə xanımın xəstəsi olub, düz deyirsiniz özü doğa biləcək-dedi.

       Belə də oldu.Bir oğul nəvəm dünyaya gəldi.Ona həyat yoldaşımın adını verdim.

       İbrahim indi üç aylıqdır.Sağlam uşaqdır.Atası dənizçidir.Evə 15 gündən bir gəlir. Deyir ana, mən işə,növbəyə sizdən arxayın gedirəm. Çünki bilirəm ki, nəsə probleminiz olsa Zərifə xanım kömək edəcək.

       Mən yaşımın bu ixtiyar çağında çağında balalarıma şəfa verən Zərifə xanımın əllərindən öpməyə hazıram.

       Sözümü qəribliyə salmayın, yaxşı olar ki, gedib onun möcüzələrini öz gözlərinizlə görəsiniz.

                                                                                                             Hörmətlə: Əliyeva Əzizə

                                                                                                             Zirə qəs.,Ordubadi küç.ev.3

                                                                                                             (012) 456-78-16

Yazan: admin Baxış: 314 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0