GameWin

Elnarə Adil qızı Məmmədova

                ALLAHIN BİZƏ  LÜTFÜ

Neçə gündür düşünürəm... nədən başlayım?. 20 ildir tanıdığım, həyatımda böyük bir minnətdarlıq borcum olan bu müqəddəs şəxsiyyət haqqında necə söz tapım, ona layiq olsun.

Qudrətli yaradanımız bəşəri yaradandan sonra elə şəxsiyyətlər yaratmışdır ki, onlar Allahın varlığını tanıtdırmaq üçün,möcüzələrin varlığına inandırmaq üçün, bəndələrinə kömək etmək üçün seçilənlərdir. Necə ki,Yusif peyğəmbər yuxu yozmağı ilə, Musa peyğəmbər insan diriltməyi ilə, Xızır peyğəmbər çətin məqamda olan insanlara yetişməyi ilə möcüzələr yaradıb.

Müxtəlif möcüzələrlə dolu həyat  XX əsrdə bizi də bir müqəddəs varlıq ilə qarşılaşdırdı.

Bu müqəddəs varlıq insan anatomiyasını, fizioloji quruluşunu, onun qəlbini, daxilini, bütün incəliklərini gözlərində olan, ilahidən verilən rentgen işığı ilə görür və xəstəlikləri müalicə edir. Bu danılmaz həqiqətdir ki, Zərifə xanımı tanıyanlar, hətta ən güclü nüfuza malik bir çox həkimlərimiz belə onu təsdiqləyir  və rəğbətlə qarşilayır, onun nələrə qadir olduğunu dərk edirlər.

Bilmirəm hardan başlayım, nə yazım. 20 ildə 100-dən çox möcüzələrinin şahidi olmuşuq. Naxçıvana istirahətə getmişdim. Anamın sancıdan qıvrıldığını gördüm. Həkim çağırmaq istədim, qoymadı. Yavaşca dedi ki, istəyirsən sağalım, məni Zərifə xanıma götür. (Onda Zərifə xanım anamı bir xəstəlikdən qurtarmışdı). Bilet alıb yoldaşımla birlikdə anamı Bakıya gətirdik. Yoldaşım həkim olduğu üçün dostlarının köməyi ilə gecə USM-dən keçirdik.  Məlum oldu ki, böyrəyində  7 mm. daş varmış, o sidik kanalın tutub. Vəziyyət  get-gedə ağırlaşırdı. Səhər tezdən Allahın bizə lütvü olan Zərifə xanımın qəbuluna getdik. Özünəməxsus  bir tərzdə dedi ki, nənə (anama nənə deyərdi,bu mənim üçün böyük şərəfdi)  narahat olma onları ovub tökəcəm, səni  incitməyəcək. Birinci seansdan sonra evə gəldik, dediyi kimi banka tutduq, heyrətə gəldik, elə bil bankadakı suyun dibinə bir ovuc qum tökülmüşdü. Səhəri gün təkrar getdik güldü və dediki sənin imanın və inamın mənə qarşı  o qədər güclüdür ki, heç ikinci seansa ehtiyac yoxdur, sadəcə sığal çəkirəm yeri  inciməsin. Yoldaşım dedi ki, mamanı təkrar USM-dən keçirək, qoy yoldaşlarım da bu möcüzəni  öz gözləriylə görsünlər.

Bir müddət sonra  bir gün atam bərk ağrıdı, nəfəs ala və tərpənə bilmirdi. Biz ona iynə vurmaq üçün belə oturda bilmədik. Allah şahiddir ki, spazmanı götürmək üçün vena iynəsini ona ayaq üstə vurduq. Səhərə qədər bütün ailə oyaq qaldıq. Səhər işıqlanan kimi mama dedi ki, durun gedək Zərifə xanımın yanına, qəbul etsə, sağalacaq.. Zərifə xanım rentgen qabiliyyətini işə saldı, işığı söndürən kimi dedi ki, plevra qatı zədələnib, soyuqdəymədən ora su yığışıb oda sıxılır və onu narahat edir. Allahın izni ilə müalicə edəcəm. Orada məlum oldu ki, neçə il əvvəl atam pilləkəndən düşmüşdü. Onda qabırğası sınmışdı, plevra qatı zədələnibmiş. 3  seansdan sonra atam sağaldı. Atamın 80 yaşı tamam olmasına baxmayaraq,  maşallah çox sağlamdı. Evinin yuxarı hissəsindən Zərifə xanımın şəklin asıb və deyir ki, anan  neçə il Allahın  bizlərə yolladığı  Zərifə xanımın sayəsində sağlam yaşadı. Biz ona ömrümüz boyu duaçıyıq.

Hörmətli oxucu o qədər yazmalı möcüzələri  var ki, Zərifə xanımın,  mən əslində düşünürəm ki, bir kitab yazım. Şəxsən özüm şahidi olduğum möcüzələrini yazsam bir ktab var. Sadəcə istədim siz oxucularla da şərik olum.

Bir gün avtobusda oturmuşdum. 2 qadın bir-biri ilə danışırdı. İstər-istəməz qulaq misafiri oldum. Birinin əlində kağız var idi. Deyirdi beşinci gün əməliyyat üçün vaxt almışam. Qalaaltında yatdım, nə qədər müalicə etdim böyrəyimdəki daşdan qurtara bilmədim. Əməliyyatdan da çox qorxuram. Arxaya çevrildim dedim bacı birinin söhbətinə qulaq asmaq günahdır, amma siz elə danışdınız ki, mən laqeyd ola bilmədim. Mənim tanıdığım bir ümid qapısı var. Ora gedənlərin ümidləri gerçəkləşir. Biz həkim ailəsiyik. Özüm, yoldaşım, baldızım, qardaşım, hamımız həkimik. Çarəsiz olanda ilk çarəmizi Zərifə xanımın qapısında axtarırıq. Xanım çox razılıqla ünvanı məndən aldı.

 Bu hadisədən 1 ay sonra bir  gün bacım ağır xəstələndi. Mən dan yerinin sökülməyin o gecə gördüm. Səhəri  açdıq. O  zaman  Zərifə xanımın ünvanın itirmişdik. Əslində bu müqəddəs varlığa, rentgen qabiliyyətinə görə bəzən tanınmış həkimlərin belə qoya bilməyəcəyi çarəsiz diaqnozlara heç bir cihaz olmadan düzgün diaqnoz qoyduğuna görə şərait yaradılmalıdır.  Bu bizim  hər bir Azərbaycanlının müqəddəs arzusudur. Hətta bir klinika açılaydı və heç bir aparat, heç bir cihaz, heç bir dərman işlətmədən minlərlə xəstələrə şəfa verən Zərifə xanımın adına. İnşallah ümid  edirik ki, arzularımız gerçəkləşəcək. Ya dövlət tərəfindən, ya da  xeyriyyəçi insanlar  tərəfindən böyük bir işlər görüləcək. Onda biz minnətdar olarıq.

Söhbətdən uzaqlaşdım. Bacımı həkim qalmadı yoxlatmayaq. Dəhşətli orasıdı ki, bu cür həkim ailəsi ola-ola, həkim dostlarımız ola-ola, heç bir diaqnoz qoya bilmədilər. Cərrah dostumuz var, məsləhətləşdilər. Qərara  gəldilər ki, kəsək, aparatların bilmədiyi pristupu gözlərimizlə tapaq, çarəsiz idik.. Deyirlər təsadüf deyilən heçnə yoxdur. Düşündüyün adam qarşısına çıxırsa onu Allah-təala qarşılaşdırır. Elə bu an bizə məlum oldu ki, Zərifə xanım indiki Bakıxanov qəsəbəsində yer tutub, orda xalqa xidmət edir. Biz bacımı ora apardıq, ağır xəstə gəlir deyə yol verdilər. İndi  bunları  yaza-yaza  gözlərim yaşla dolur. Bu cür çarəsiz dərdlərə diaqnoz qoyub,   müalicə eləyən , bu cür  əvəzolunmaz  şəxsiyyətə inşallah tezliklə layiq olduğu adı verərlər. Bu ən böyük uğurumuz olardı ki, elimizin belə bir fitri istedadlı,  layiqli qızı  öz yerin tapaydı.

Zərifə xanım bizi görcək təəccübləndi ki, nə olub buna, dedik bilmirik. Rentgen qabiliyyətini istifadə edən  kimi  dedi ki, zəhərlənib, böyrəklərə fəsad verib. Yaxşı ki, gec deyil. Darıxmıyın Allahın risxəti ilə müalicəsi mümkündü.  Sevincimizin həddi-hüdudu  yox idi.  Növbədə gözləyənlər sevinməyimizi görüb gözaydınlığı verirdilər. Zərifə xanımın boynuna götürməyi bizim üçün ümid-inam idi. Elə bu an bir nəfər məni qucaqladı ki, elə bildim tanışdır. Dedi ki, sənin sayəndə mən əməliyyatdan qurtardım. Avtobusda rastlaşdığım xanım idi. Mən təbrik etdim, dedim mən kiməm ki, Allah məni sizə rast gətirib, Zərifə xanımı sizə tanıtdırmaq üçün. Mən bir vasitəçiyəm.

Nə qədər yazmaq istəsən, ürək doludur,söz var. Zərifə xanım kimi loğmanı, təbibi, mələyi  Allah arzularına çatdırsın. O, bizim ailəmizin sevimlisi ən böyük arzumuz budur ki, layiq olduğu adı  alsın.

                                                        

Azərbaycan  Tibb Uiversitetinin  Azərbaycan dili kafedrasının müəllimi  Elnarə

Adil qızı Məmmədova

Yazan: admin Baxış: 381 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0