GameWin

Haci Arif Eliyev

Allahın insanlara göndərdiyi imtahan və bəxş etdiyi mərhəməti müqabilində               insanların səbrli və şükranlı olmalarının əhəmiyyəti haqqında

 

Əziz oxucu, mən sizin diqqətinizi bizim müasirimiz Rəbbi tərəfindən xüsusi kəramət və fərasət sahibi bəxş edilmiş və hər birimizin bu qabiliyyəti dəfələrlə müxtəlif sahələrdə müşahidə edib, özümüzün də iştirakçısı olduğumuz hadisələrin müəllifi, Rentgen Zərifə xanımın seansları və onların uğurlu nəticələri həm də bu proseslərin baş verməsi fonunda “təbib və xəstə” olmaqla hər iki tərəfin mövqeyinə cəlb etmək istəyirəm.

         Xəlq edilmişlərin xəlq eden tərəfindən xüsusi qayğı və sevgi ilə əhatə edilməsi bütün hallarda hər kəsə məlumdur. Hətta bir bəşər olaraq insanların öz ixtira və mühəndislik qabiliyyəti ilə istehsal etdikləri cihaz və qurğuların müəllifi kimi xüsusi qayğı hisslərinə malik olmaları da mübahisə doğurmur.

         Adəmin xəlq edilməsindən, ta müasir dövrümüzə qədər Yaradan hər dövrə və zəmanəyə uyğun insanların uğradığı zəlalət və çətinlikdən xilas etmək üçün müxtəlif vasitələr qərar vermişdir. Bunların ən əhəmiyyətlisi, zaman-zaman göndərilmiş peyğəmbərlərdir. Eyni zamanda insan cəmiyyətinin sağlamlığını təmin edilməsi üçün böyük Yaradan el arasından cıxmış logmanlar vasitəsi ilə hər bir dərddən bir dərmanda qərar vermişdir. Ənənəvi təbabətdə dərman deyildikdə hər hansı bitki mənşəli yaxud kimyəvi birləşmələrdən ibarət ilaclar düşünülsə də, insanın şəfa tapması qeyri - ənənəvi vasitələrlə də  mümkünlüyü günümüzün gerçekliyidir.

Qeyri adi gşrmə qabiliyyəti ilə Rentqen Qadın adına layiq görülmüş  Zərifə xanımı tanıdığım ilk gündən bəri mən də sizin hər biriniz kimi özüm və yaxınlarımla birlikdə ona xəstəliklə əlaqədar nə vaxt müraciət etdiksə böyük qayğı və diqqətlə qarşılanmaqla bərabər həmdə zaman-zaman öz təsdiqini tapmış düzgün müayinə və qısa vaxt ərzində müalicə ilə rastlaşdım. Bununla belə əziz, oxucu az qala vərdiş etdiyimiz bir məqamı diqqətinizə catdırmaq istərdim ki, bizim heç bir ağrı və rahatsızlıq hiss etmədən Zərifə xanımın möcüzəli müayinələrindən sonra, şəfalı əlləri vasitəsi ilə xəstəliklərdən özümüzü qurtararkən   şəfa verən əllərin sahibinin bu zaman hansı hisslərlə yaşadığına  hansı çətinliklərə sinə gərib Allahın ona bəxş etdiyi qabilliyətin vasitəsi ilə insanların xidmətində əzmlə durduğuna və uzun illərdir bu çətin, şərəfli bir işə səbr etdiyinə diqqət yetirdinizmi? Eyni zamanda bir bəşər olaraq öz tərəfimizdən Allahın bizlərə göstərdiyi lütfü və mərhəməti müqabilində Zərifə xanımın şəfalı əlləri vasitəsi ilə rahat yolla sağlamlığımızın bərpa olunmasınn müqabilində Rəbbimizə nə qədər şükranlı olduq?

         Böyük yaradan zaman-zaman müxtəlif millətlərin öz içərisindən qabiliyyət və bacarığı ilə adi bəşərdən daha üstün olan fərasət və kəramət sahibləri qərar vermişdir. İnsan cəmiyyətləri həmin qabiliyyətlərdən yararlansalar belə onların bu başarışıgına şübhə ilə yanaşmışlar. Zərifə xanımdan da bu cürə yanaşmalar yan keçməmiş və zaman-zaman insanların onu müxtəlif sinaqlara çəkməsinə baxmayaraq bu sınaqlardan üzü ağ və qalib çıxmışdır. Yaradanın bu işdə ona yardım etməsinin məqsədi Zərifəyə müraciət edən və daha cox imkansız insanların ümidinin doğrultması və şəfa tapması olmuşdur desək yəqin ki, yanılmarıq.

         Zərifə xanım, xəstələrin müayinə və müalicəsi üçün hansı başarışıgından istifadə etməsi, insanda olan hansı hisslərini işə salması hələ elmə tam məlum olmasa da, uzun illərin faktiki müsbət nəticələri bunu deməyə imkan verir ki, tibb sahəsində hələ  də öyrənilməmiş  bir cox məsələlər qalmaqdadır. Yəqin ki, bu qeyri adi görmə qabiliyyətinin və müalicə metodunun tədqiqat obektinə  çevrilərək öyrənilməsinin təşkil edilməsi dünya tibb sahəsində irəliyə atılan çox ciddi və əhəmiyyətli bir addım ola bilər. Bu gün elm sahəsində yeniliklərin kosmosda, qalaktikada və digər sivilizasiyalarda dünya tədqiqatçı elm ocaqları tərəfindən axtarıldığı bir vaxtda Allahın bizlərə bəxş etdiyi Rentgen Zərifə fonemininə laqeyd yanaşmamız təəcüb doğurmaya  bilmir.

İnsan oğlu müasir dövrdə artıq elmin müxtəlif sahələrində uğur əldə etsə də hələ özünü kim olduğunu və daha hansı qabiliyyətlərə malik olması barədə cox da böyük biliyə malik deyildir. Ümumiyyətlə, insanın bilmədiyinə düşmən olması xisləti insanlığa həmişə baha başa gəlmiş və yeniliklərin ərsəyə gəlməsini  əngəlləmişdir.

Əlbəttə ki, Zərifə xanımın pasientləri onun möcüzəli müayinə və müalicə metodları haqda cox çıxışlar etmiş və yazılar yazmışlar. Deyilənlərin minlərlə faktlara söykənməsi və həqiqəti əks etdirdiyini bu şəfalı əllər vasitəsi ilə xəstəlikdən şəfa tapan hər bir pasient təsdiq edə bilər.

Hörmətli Zərifə sevənlər, mənim sizə müraciətimin məqsədi bizim müasirimiz, hamımızın sevimlisi, Allahın insanlara ərmağan etdiyi növbəti lütfünü yetərincə  qiymətləndirməyi bacarmaq və hər birimizin bu şəfalı əllərə malik olan, dünyada analoqu olmayan müayinə və müalicə metodunun sahibi- Zərifə xanıma bəxş edilmiş və bizlərin də faydalandıgımız bu qeyriadi başarışıgına görə Allaha şükranlıq və həmd-səna etməklə bərabər həm də bu möcüzəli logmana  xalqımızın sağlamlığı naminə qayğı  görsədib, dəstək verməklə diqqət yetirmək və özümüzündə bu savab işlərin  iştirakçı olmamızdır.

                   İqtisad üzrə 

                 fəlsəfə doktoru:                                             Hacı Arif Əliyev

  •  

           

Yazan: admin Baxış: 348 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0