GameWin

Hemidova Tunzale

                                                  Beş il boş beşiyə baxdıq…

 

       Anaların arzusu bitib tükənən deyil. Bir ömür bəs eləmir onları həyata keçirməyə. Toyumuzdan az sonra qaynanam bir beşik aldı. Qoca arvaddı, tezliklə nəvə görmək arzusundaydı. Amma bu gerçəkləşmirdi.Düz 5 il həsrətlə boş beşiyə baxdıq.

       Yoldaşım da, mən də çox müalicə olunduq. Ölümün ixtiyar çağlarını yaşayan qaynanam hər gün bu sözləri deyirdi: “Oğlum Qaranın balasını görsəydim, bu dünyadan rahat köçərdim”.

       Həkimlərdən, türkəçarə müalicələrdən əlimizi üzdük. Boşanaqmı? Taleyimizlə barışıb bir yerdə yaşayaqmı? Qərar verə bilmirdik.

      Bir gün Tanrı vergili Zərifə Mayılovanın möcüzələri barədə onun əliylə həyata yenidən qayıdan bir nəfərdən məlumat aldıq.Ər-arvad Zərifə xanımın qəbuluna getdik.Bizi müayinə edib, diaqnoz qoydu.Problem məndə idi.5 seansdan, 5aydan sonra hamilə qaldım.Beş illik həsrətə beş aydan sonra son qoyduq.

       Qızım dünyaya gəldi.Zərifə xanıma hörmət əlaməti olaraq uşağın adını Zərifə qoyduq.Yoldaşımın qardaşı Qara arzu edib ki, 12 il Zərifə xanımın qapısına qurban aparacaq.

       İndi bizim iki övladımız var.Biri qız, biri oğlan.

       Qızım Zərifə Zərifə xanım kimi gözəldi.Bu xanımın adını yüzlərlə, minlərlə Zərifələr daşıyır.

       Qaynanamın və ailəmizin təşəkkürünü sözlə ifadə edə bilmirəm.Ancaq onu demək istəyirəm ki,Zərifə Mayılova yaşadığımız əsrin möcüzəsidir.

       Gərəkdir ki, qədrini bilək.

 

                                                                                                             Hörmətlə:  Həmidova Tünzalə

                                                                                                             Biləcəri qəs.,Binəqədi  ray.,

                                                                                                             Voenni Qorodok mənzil 16, korpus 6

                                                                                                             (070) 529-45-02      

Yazan: admin Baxış: 366 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0