GameWin

Həcər Müşviq qızı Hüseynova

                                                 Hər ölkədə beləsi olmur 

       Mən fəxr edirəm ki, Tanrı bizim ölkəyə Zərifə xanım kimi bir “Şəfa Pərisi”ni bəxş edib.İnsanın daxilindəki xəstəlikləri gözləri ilə görüb, əlləri ilə müalicə edən insanı Uca Yaradan hər saat dünyaya gətirmir.Bu xoşbəxtlik bizim xalqımıza qismət olub.Zərifə xanımı bizə xilaskar kimi göndərib.

       Mən bu sözləri elə-belə demirəm.Zərifə xanım əli ilə şəfa tapanlardan biri də mənəm.Qaraciyərim,12barmaq bağırsağım, mədəaltı vəzim demək olar ki, sıradan çıxmışdı.Xəstəlikdən həkimlərə gedib-gəlməkdən çox əziyyətlər və xərc çəkmişəm.Amma yaxşı olmurdum ki, olmurdum.

       Bir gün Zərifə xanımın adını eşitdik.Ünvanını tapıb, qəbuluna gəldik.Çox az müddətdə bütün bəlalardan qurtardım.Qızım Aynurə Eminova 5 aylıq hamilə idi.Sudurqa keçirirdi.Bir gün əməlli başlı iflic oldu.Özüm həkimlərdən əlimi üzmüşdüm deyə qızımı xəstəxanaya yox Zərifə xanımın yanına gətirdim.5 aylıq hamilə və iflic olan Aynurə Zərifə xanımın 20 dəqiqəlik seansından sapsağlam çıxanda qəbulda oturanlar da mənimlə birlikdə sevincdən ağladılar.Qızımın uşağı da normal doğuldu.Zərifə xanım mənə sanki iki bala verdi.İndi həmin oğul nəvəmin 4 yaşı var.Tez-tez gətirirəm Zərifə xanımı ziyarət edir.Uşaq ona çox bağlıdır.Elə bil özümüz də, görməyəndə darıxırıq.

       Mən qızım Aynurənin adından və öz adımdan xeyirxah insan olan Zərifə xanıma can sağlığı, könül xoşluğu arzulayıram.

                                                                                  Hörmətlə: Həcər Müşviq qızı Hüseynova 

                                                                                  Qaraçuxur qəs.,Mədən küç.,mən.2,ev 2

      

Yazan: admin Baxış: 364 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0